Lənkəran teatrına Dövlət Dram Teatrı statusunun verilməsindən 50 il keçir

6 Dekabr 2023


Lənkəranda teatr 1891-ci ildə yaradılıb. 1934-cü ildən 1949-cu ilə qədər Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyət göstərib. 1949-cu ildə dövlət statusu dəyişdirilərək Hüseyn Ərəblinski adına Lənkəran Xalq Teatrı adlanmağa başlayan teatrın Dövlət Dram Teatrı statusu 1973-cü il dekabrın 6-sı yenidən bərpa edilib. 2023-cü il bu sənət ocağının Dövlət Dram Teatrı statusunun yenidən bərpa edilməsinin 50 illiyidir.