Banu Sadıqova (Banu Muharrem)
Ədəbi-dram hissə rəhbəri
20 aprel 1993-cü il tarixində anadan olub. 1999-2011-ci illərdə Bakı şəhəri Nərimanov rayonundakı 45 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişdir. Həmin dönəmdə 1 il müddətində Azərbaycan Televiziyası və Radio Verlişləri QSC- nin nəzdində Mədəniyyət kanalında uşaq verilişi aktyorlarından biri olmuşdur.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Mədəniyyət tarixi və nəzəriyyəsi " ixtisası üzrə magistr dərəcəsi almışdır.
2016-2022-ci illərdə Bakı şəhəri Hacıağa Abbasov adına Maştağa Mədəniyyət Mərkəzinin rejissoru və Xalq teatrı rejissoru vəzifəsində çalışmış, eyni zamanda orada dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
B.Sadıqova 2023-cü ilin fevralından Lənkəran Dövlət Universitetində "Asudə vaxtların təşkili üzrə mütəxəssis", eyni zamanda 2023-2024-cü tədris ilindən həmin universitetin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında müəllim vəzifəsində çalışır.
Yaradıcılığı:
Banu Muharrem 1 kitabın və 200-dən çox şeirin müəllifidir.
2022-ci ildən etibarən “Azərbaycan” jurnalında , “Ədəbiyyat” qəzetində, “525-ci qəzet”də, “Xəzan” jurnalında, “Müəllim sözü” qəzetində, İranın yeni “Xudafərin” jurnalında, Türkiyənin “Sungurlu Kültür- sanat" və “Kırımın Sesi” qəzetlərində onlarla şeirləri dərc olunmuşdur. Dünya Gənc Türk Yazarlar Birliyinin təqdim etdiyi “Gəncliyin Səsi” ensiklopediyada gənc şairlər sırasında yer alır.
6 fevral 2024-cü ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Onun Kulis.az, Sonnoktahaber.com, Ədəbiyyat-Azərbaycan.az kimi xəbər portallarında həm şeirləri, həm məqalələri; sim-sim.az və Ədəbiyyat və İncəsənət.az portlarında isə hekayələri yayımlanmışdır.