Fidan Hüseynzadə

Qrafik dizayner


Fidan Səttar qızı Hüseynzadə 4 noyabr 1999-cu ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ildə 2 saylı Lənkəran şəhər tam orta məktəbini bitirib. 2008-2015-ci illərdə eyni zamanda Lənkəran şəhər Həqiqət Rzayeva adına musiqi məktəbində 7 illik fortopiano təhsili alıb. 2016-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsinə qəbul olunub və 2020-ci ildə oranı bitirib. 2023-cu ildə Lənkəran Dövlət Dram Teatrında Qrafik dizayner kimi əmək fəaliyyətinə başlayıb.