Abdullayev Tərlan

Quruluşçu rejissor


02 mart 1989 -cu ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1995- 2006 - ci illərdə Masallı rayon Çaxırlı kənd orta məktəbində təhsil alıb . 2007- 2008 -ci illərdə hərbi xidmətdə olub. 2009 -cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına qəbul olub. 2011 ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində keçirilən Tələbələrin Beynəlxalq Teatr festivalında "Ağ –qara" tamaşası ilə iştirak edib. Festivalın baş mükafatı olan "Qran- Pri" mükafatına layiq görülüb. Həmin il Vətənpərvərlik mövzusunda keçirilən, Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Teatr Festivalında "Günəşə doğru" pyesinin quruluşçu rejissoru olub. 2012 -ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi , Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Gənclərin II Teatr Festivalında müəllifi olduğu “ Ağacın nəfəsi” pyesi ilə iştirak edərək eyni adlı pyesə rejissor kimi quruluş verib. Həmin tamaşa festivalın ən yaxşı aktyor və ən yaxşı aktrisa mükafatlarına layiq görülüb. 2013-cü ildə ildə T. Səfərlinin “Ağacın naləsi” hekayəsi əsasında diplom işi hazırlayıb. Eyni adlı hekayəni səhnələşdirib. 2014 -cü ildə Cənub Regional Televiziya şirkəti (Region TV İstehsalat birliyində) Yaradıcı və Əyləncəli Proqramlar Departamentində Rejissor kimi fəaliyyətə başlayıb. 2015 -ci ilin oktyabr ayında öz istəyilə həmin işdən ayrılıb. 2014 -cü ildən Lənkəran Dövlət Dram Teatrına aktyor heyətinə daxil olub. Fəaliyyəti ərzində Eduardo de Filipponun “Ruhlar” tamaşasında Rafaelle , “Üç qardaş” nağıl -tamaşasında Məlikməmməd , “İlan Sultan” tamaşasında Darğa, Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasında Pioner, ikinci kişi, M.F. Axundzadənin “Hacı Qara” tamaşasında Səfər bəy rollarında çıxış edib. T.Abdullayev fəaliyyəti ərzində rejissor kimi “Tülkü, tülkü, tümbəki”, H.X.Andersonun “Qar kraliçası” , Ə.Qurbanovun “Ceyranın ad günü” Şarl Peronun "Çəkməli pişik", Ağəddin Babayevin "Yeni il möcüzəsi" nağıl-tamaşalarına quruluş verib. Həmçinin müəllifi olduğu "Qaraca qız və Xallı ifritə" , "Tilsimlənmiş qız" , "Balaca qara qız" , "Cırtdan və Yarasa qız" nağıl -pyeslərinin quruluşçu rejissorudur. T.Abdullayev 2015 -ci ildə narkomaniya mövzusunda Prezident yanında Gənclər fondunun maliyyə dəstəyi, Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə “Yaşamaq istəyirəm” adlı küçə teatr tamaşasına rejissor kimi quruluş verib. 2016 -cı ildə isə Prezident yanında Gənclər fondunun maliyyə dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə ssenari müəllifi olduğu “Ölüm səsi” adlı qısa metrajlı film çəkib. 2019-cu ildən Lənkəran Dövlət Dram teatrında quruluşçu rejissor vəzifəsində çalışır.