Adil Əsədli

Rəssam (Fəxri mədəniyyət işçisi)


Adil Beytulla oğlu Əsədli 21 iyul 1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1971-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbi, 1980-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diploma ilə bitirib. Təhsilini artırmaq məqsədilə o, elə həmin il APİ-nin bədii qrafika fakultəsinə daхil olub. Ali məktəbi bitirdikdən sonra bir il Lənkəran şəhər 10 saylı orta məktəbində rəsm-rəsmхətt müəllimi kimi fəaliyyət göstərib. 1986-cı ildən 2019-cu ilə kimi Lənkəran şəhər Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışıb.

 2019-cu ildə Lənkəran Dövlət Dram Teatrında baş rəssam vəzifəsinə təyin olunub. O, eyni zamanda 2004-cü ildən Lənkəran Dövlət Universitetinin dosentidir.150- dən çox qrafika, 200-dən çox rəngkarlıq əsərinin müəllifi, 50 kitabın rəssamı olan Adil Əsədlinin əsərləri ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, İran, Gürcüstan və başqa ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. Həm də pedaqoq- rəssam kimi çoxsaylı elmi məqalələrin və “Qrafika əsərləri” kitabının müəllifidir. Onun əsərləri Azərbaycan Rəssamlar İttifaqının fəxri fərmanına layiq görülüb. 2 dəfə Lənkəranda, 2 dəfə də Bakıda fərdi sərgiləri keçirilib. “Fəxri mədəniyyət işçisi”döş nişanı ilə təltif olunub.

 Azərbaycan Rəssamlar İttifaqının və Jurnalistlər Birliyinin üzvüdür.