Ağayev Namiq
Baş İnzibatçı
13 fevral 1966-cı ildə Yardımlı rayonu Porsova Kəndində anadan olub.
1983-cü ildə Porsova kənd orta məktəbini bitirmişdir. Elə həmin ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olmuşdur.
1984-1986-cı illərdə keçmiş Sovetlər birliyinin Amur vilayəti və Xabarovski diyarında tank qoşunları sırasında xidmət etmişdir.
1989-cu ildə İncəsənət İnstitunu əyani bitirib Mədəni-maarif işinin təşkilatçı metodisti ixtisasına yiyələnmişdir. Həmin ildə təyinatla gənc mütəxəssis kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına işləməyə göndərilmişdir.
Teatrda baş inzibatçı vəzifəsinə təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Teatr xadimləri İttifaqının üzvüdür.
1992-1998-ci illərdə teatrda direktor müavini vəzifəsində çalışmışdır.
28 iyun 1997-ci il “İnam” Plüralizm Mərkəzinin Böyük Britaniyanın Demokratiya üçün Vestminister fondunun yardımı ilə “Gənc Siyasətçilər Məktəbi”ni bitirmişdir.
1998-1999-cu illərdə qısa zaman kəsiyində teatrın bədii quruluş hissə müdiri olmuşdur.
Uzun müddət siyasətlə məşğul olmuşdur, bir neçə çağırış məntəqə seçki komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda teatrda baş inzibatçı vəzifəsində çalışır.
Yeni Azərbaycan partiyasının üzvüdür.
Ailəlidir. Üç övladı var.