Əliyev Təvəkkül

Əməkdar artist


21 avqust 1950-ci ildə Neftçalada anadan olub. 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsini bitirib və təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iş fəaliyyətinə başlayıb.

 

 Oynadığı bir sıra tamaşalardan rollar:

 

Elçin  “Mahmud və Məryəm”  - Mahmud.

Anar  “Təhminə və Zaur”  - Zaur.

Qoqol  “Müfəttiş”  - Bələdiyyə rəisi.

Ş. Qurbanov  “Sənsiz”  - Tərlan.

H. Cavid  “Topal Teymur”  - Yıldırım Bəyazid.

T. Zulfüqarov   “Kəklikli qəfəs”  - Əmir Teymur.

I. Əfəndiyev   “Unuda bilmirəm”  - Kamran.

F. Şiller   “Qaçaqlar”   - Karl Moor.

C. Məmmədquluzadə  “Ölülər”  - Şeyx Nəsrullah.

V. Vişnevski   “Nikbin faciə”  - Aleksey.

N. Nərimanov “Nadir şah” – Nadir şah.

C.Cabbarlı “Aydın” – Aydın

Ə.Haqverdiyev “Dağılan tifaq” – Nəcəf bəy

M.Hüseyn “Alov” – Əmin Bəxtiyarov

S.Vurğun “Fərhad və Şirin” – Fərhad

H. Mirələmov  “Pənah xan Cavanşir” - Pənah xan Cavanşir.

Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” – Murtuzaqulu xan.

H. Mirələmov “Ləyaqət” – Ümid.

Ə. Əmirli  “Onun iki qabırğası”  - Səyyad

B.Rzayev “Məhəbbət və ölüm” – Dəli Domrul

Q.Fiqeyredo “Ezop” – Ezop

Ç.Aytmatov “Manqurt” - Yedigey

A.Nikolai “Dəmir sinif” - Luidci Polya

Ə.Vəlioğlu “Əsrlərin harayı” - Astiaq

M.F.Axundzadə “Hacı Qara” - Ohan

 

 

 

            Oynadığı Filmlər:

 

   “İkinci Bahar”  - Cavanşir

   “Bağışla gələ bilmədim”  - Əmir

   “Son addım”  - Topal

   “100 kağız”  - Həsən kişi

 

 

 

  T. Əliyevin bir rejissor kimi quruluş verdiyi tamaşalar:

   S. M. Qənizadənin  “Xor-xor”,

   Ə. Orucoqlunun  “Pul dəlisi”

   Ə. Orucoğlunun “Oğru”

   M. Haqverdiyevin “Ah, qadınlar, qadınlar”

   N. Hacıyevin “Yuxu”

   C. Fətullayev “Qış yuxusu”

   C. Fətullayev “Yurduma novruz gəlir”

   T. Əliyev “Kasıblar cənnətdə” 

   Ş.Perro “Qırmızıpapaq”

   A.Babayev “Üç Qardaş”

   A.Babayev “Comərdin hünəri”

   S.Qənizadə “Xor -  Xor”

 

Təvəkkül Əliyev həmçinin Lənkəran şəhərində keçirilən mədəni kütləvi tədbirlərədə rejissorluq etmişdir. 2002-ci ildə Respublikanın əməkdar artisti adına laiyq götülmüşdür.

Azərbaycan Respublikasının Əməkdar Artisti idi. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Təvəkkül Əliyev 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat etmişdir.[1] Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilmişdir.