Əliyeva Böyükxanım
Respublikanın xalq artisti
28 sentyabr 1945 – ci ildə Bakı Şəhərində anadan olmuşdur. 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi.
B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rolar ifa etmişdir.
Oynadığı tamaşalardan rollar:
İ. Əfəndiyev “Atayevlər ailəsi” - Dilşad xanım
M. İbrahimov “Kəndçi qızı” - Bənövşə
J. B. Molyer “Tartüf” - Dorina
V.Şekspir “Qış nağılı” – Kermona
Şiller “Qaçaqlar” – Amaliya
İ.Əfəndiyev “Məhv olmuş gündəliklər” – Anjel
C.Cabbarlı “Aydın” – Gültəkin
İ.Əfəndiyev “Unuda bilmirəm” – Nərmin
M.Hüseyn “Alov” – Rəfiqə
Qoqol “Müfəttiş” – Anna Andreyevna
S.Vurğun “Vaqif”- Xuraman
S.Vurğun “Fərhad və Şirin” – Məhinbanu
Anar “Təhminə və Zaur” – Təhminə
Ə.Haqverdiyev “Dağılan tifaq” - Sona
Ş.Qurbanov “Sənsiz” - Sevinc
V. Nuşiç “Nazirin xanımı” – Xanım
M. Əliyev “Ana fəryadı” - Bəyim
V. Vişnevski “Nikbin faciə” - Komissar
H. Mirələmov “Ləyaqət” - Ana
B.Vahabzadə “Yağışdan sonra” - Nihal
Ə. Əmirli “Onun iki qabırğası” - Ceyran
H. Mirələmov “Pənah xan Cavanşir”- Susənbər
Q.Fiqeyredo “Ezop” – Kleya
Sofolk “Şah Edip” – İokasta
A.Nikolai “Dəmir Sinif” – Ambra
L.J.Batista “Mizantrop” –Selimena
Böyükxanım Əliyeva həmçinin bir sıra filmlərə çəkilib.
Teatr sənətindəki xidmətlərinə görə o, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Respublikanın Xalq artisti adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.