Allahverən Babayev

Dram artisti


Allahverən Hacı oğlu Babayev 

 

1961-ci il yanvarın 20-si Lerik rayonunun Monidigah kəndində anadan olub. 1978-ci ildə Monidigah kənd məktəbini bitirib. 1980-1982-ci illərdə Moskva şəhərində həqiqi hərbi xidmət keçmişdir. 1982/1983-cü pillərdə Biləsuvar rayonunun Əskərabad kənd kitabxanasının müdiri vəzifəsində, 1983/1987-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olunub və bu günədək orada fəaliyyət göstərir.

O,1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2012-ci ildə Sofoklun “Şah Edip” tamaşasında Tiresi roluna görə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin ən yaxşı aktyoru” mükafatına və diplomuna layiq görülüb.

Allahverən Babayev 2022-ci ilin 10 may tarixində Azərbaycan Respublikası Prezident Mükafatına layiq görülüb.

20 iyun 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birlikdə keçirdiyi Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsinin diplomuna layiq görülmüşdür.

2023-cü ilin mayında Lənkəran Rayon Yeni Azərbaycan Partiyası təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif olunub.

 

Teatr səhnəsində oynadığı rollar:

 

Xəlil yüzbaşı -(“Hacı Qara”, M.F.Axundzadə)

Xan - (“Lənkəran xanın vəziri”, M.F.Axundzadə); 

Hampa və İkinci dost, Məşədi Ramazan, Abbas bəy, Əmrah (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Pəri cadu”, Ə.Haqverdiyev)

İmran - (“Tamahkar”, S.S.Axundov)

Məşədi Oruc və Kərbəlayı Cəfər, Əsəd,Qazı -(“Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə)

Qəzənfər xan - (“Qoç Polad”, A.Şaiq)

Şeyda -(“Toy”, S.Rəhman)

Heydər xan -(“Nadir şah”, N.Nərimanov)

Qasım -(“Əlibaba və qırx quldur”) 

Baba -(“Dəcəl keçi”, P.Nurəliyeva)

Sahə müvəkkili -(“Ay lolo və ya moskvalı gəlin”, H.Mirzə)

Ayı -(“Meşəbəyinin dostları”, Ə.Ol)

Hökmdar Rac -(“Yetim Rac”, O.Qurbanov) 

Şaxta baba -(“Balaca qara qız”, T.Abdullayev)

Şorot -(“Qanqın böyük dalğası”, C.Əfruz)

Qoçaq -(“Molla Nəsrəddin və Əzrail”, Ş.Əliyev)

Alp Ərqoca - (“Alp Ağuz”, F.Sadıq)

Cavan oğlan - (“Büst”, S.Səxavət)

Murad -(“Dağlar arxasız olmur”,C.Yusifzadə)

Cavanşir -(“Onun iki qabırğası”, Ə.Əmirli)

Dədə Qorqud -(“Məhəbbət və ölüm”, B.Rzayev)

Talıb -(“Sehrli üzük”, Z.Bağır)

İkinci dərviş -(“Min illərin işığı”, K.Abdullayev)

Gözətçi -(“Füzuli”, A.Cavad)

Sadıqov -(“Qəhrəmanlıq xronikası”, B.Rzayev)

Kiçik oğlan -(“Ölüm hökmü”, Ə.Səmədli)

Soran -(“Cavanşir”, M.Hüseyn)

Kapitan -(“Şeytan işığı”, K.Nəzirli)

Otar -(“Qəribə oğlan”, İ.Əfəndiyev)

Ucal -(“Ailədə məhkəmə”, M.Haqverdiyev)

Cavanşir bəy -(“Pənah xan Cavanşir",H.Mirələmov)

Nəsrəddin -(“Nəsrəddin”, Y.Əzimzadə)

Elnur -(“Mənim ağ göyərçinim”, T.Vəliyeva)

Qoşqar -(“Ana laylası”, İ.Coşqun)

Ənvər -(“Məni qınamayın”, Hidayət)

Oliserin -(“Yudif”, A.T.İsaari) Meyxanıçı -(“Karıxmış sultan”, Taufiq əl Hakimi)

Kor kişi -(“Manyak”, Ə.Nesin)

İkinci anadangəlmə kor -(“Korlar”, M.Meterlink)

Bədheybət -(“Çəkməli pişik və ya Şahzadə Pyer”, Ş.Perro)

Ömər -(“Ocaq”, T.Özakman)

Gənc -(“Piyada Mahmud”, M.Kərim)

Axlor -(“Yudif”, A.Tamsaaren)

Jandarm -(“Nazirin xanımı”, B.Nuşiç)

Ömər -(“Kərbəla”, B.Yıldız)

Paşa -(“Fırıldaqçı”, L.Korsinski)

Şaxta baba -(“Sehrli yaylıq”, V.Qubaryev)

Vəkil -(“Yaşanmayan gənclik”, S.Dinçel)

Bağban -(“Gəl baharım, gəl arzum” A Babalı)

Kral -(“Yalançı şahzadə” T.Abdullayev)

Şirəhməd -(“Prokuror” M.Əliyev)

Hüseyn xan -(“Qanlı namə” İ.Fəhmi)

Bəkil -(“Casus” K. Abdulla)

6-cı adam -(“İki iyirmi üç arasında” Q.Nəcəfzadə).

 

Filmlərdə oynadığı rollar: 

“Sevginin göz yaşları” -(Bağır) 

“Günəşim ol” - (Bəşir)

“İzi itməyən cinayətlər” -(Baş əməliyyatçı müvəkkil).