Amil İbrahimli

Yardımçı heyət artisti


Amil Əhəd oğlu İbrahimli 8 sentyabr 1994-cü ildə Lənkəran şəhərində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbini bitirib. Daha sonra Bakıda restoranda işləyib. 2019-cu ilin fevral ayından Lənkəran Dövlət Dram Teatrının truppasında yardımçı aktyor ştatına qəbul olunub

İfa etdiyi rollar:Köməkçi (“Senemar”, Bəhram Beyzayi), Əsgər (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, Cəfər Cabbarlı), Gözətçi (“Yetim Rac”, Oruc Qurbanov), Buratino (“Balaca qara qız”, Tərlan Abdullayev).