Aysel Babazadə
Dram artisti
Aysel Rahim qızı Cahangir 15 mart 1991-ci ildə Lənkəran şəhərində anadan olub. 2009-cu ildə 2 saylı Lənkəran şəhər tam orta məktəbini bitirib. Elə həmin il Lənkəran Dövlət Dram Teatrında rejissor assistenti vəzifəsinə işə daxil olub. 2012-ci ildən isə aktrisa vəzifəsində çalışır.
Milli dramaturqların pyeslərinin tamaşalarında ifa etdiyi rollar: Böcək (“Köhnə ev”, Əli Əmirli), Sona (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Pəri (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Meymun (“Qaraca qız”, Abdulla Şaiq. Sülüyman Sani Axundovun eyniadlı əsəri əsasında), Gülyaz (“Qoç Polad”, Aqbdulla Şaiq), Gövhərtac (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhman bəy Haqverdiyev), Göyərçin (Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), İkinci mələk (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Nəvə (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Huri (“Şaxta baba və pərilər” , Emil Əsgərov), Qaraca qız (“Qaraca qız və xallı ifritə”, Tərlan Abdullayev), Küpəgirən qarı (“Yeni il möcüzəsi”, Ağaddin Babayev), Ahu balası (“Yetim Rac”, Oruc Qurbanov), Balaca qara qız, Gülyaz (“Balaca qara qız” və “Tilsimlənmiş qız”, Tərlan Abdullayev).
Tərcümə əsərlərində ifa etdiyi obrazlar: Fəhlə (“Ruhlar”, Eduardo de Filippo), Balaca quldur qız (“Qar kraliçası”, Hans Kristian Andersen), Mim (“İblisin oyunları”, Mikloş Xubai), Cəllad (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Siçan (”Gücümüz birlikdədir”, rus nağıl-tamaşası), İdmançı (“Ölməz Kaşşey”, rus nağıl-tamaşası), Dua edən üçüncü kor qadın (“Korlar”, Moris Meterlink),Leman və Şahzadə Qızılgül (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro).