Ayşən Əsədova
Dram artisti
Əsədova Ayşən Elxan qızı 27 iyun 1993-cü il Bakı şəhərində anadan olmuşdur. 2005-2010-cu illərdə Süleyman Ələsgərov adına 1 Nömrəli İncəsənət Məktəbinin qanun aləti sinfini bitirib. 2016-2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakultəsinin aktyor sənəti ixtisasına yiyələnib.Tələbəlik illərində Akademik Milli Dram Teatrının səhnəsində ‘’Sehrli sandıq’’ tamaşasında Sürməli qız rolunu ifa edib.2023-cü ilin aprelin 1-dən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir.Həmin ilin may ayında “Laçın Teatr” layihəsinin kastinqindən keçərək Nicat Kazımovun quruluşunda“Sevil” tamaşasında Dilbər, Ceyhun Dadaşovun quruluşunda “Danko əfsanəsi” plastik-həll tamaşasında çıxış etmişdir.
Lənkəran Dövlət Dram Teatrının səhnəsində:
Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir Müqəssir” əsəri əsasında Abdulla Elşadlının“The Müqəssir”tamaşasında Qadın rolunda, Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri əsasında Laləzar Hüseynovanın quruluşunda eyniadlı tamaşada Telli, Tərlan Abdullayevin “Yalançı Şahzadə” tamaşasında Kralın qızı, Laləzar Hüseynovanın quruluşunda “Dovşanın ad günü” tamaşasında Tülkü,Emil Əskərovun quruluşunda “Sehrli Yeni il” tamaşasında Beffan rolunda,
Fridrix Şillerin “Məkr və Məhəbbət” əsərinin əsasında Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşada Ledi Milford, Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında Laləzar Hüseynovanın quruluşunda eyniadlı tamaşada Fənayə, Vilyam Şekspirin “Kral Lir” əsərinin motivləri əsasında Emil Əskərovun quruluşunda “Kral Lir və qadın oyunları” tamaşasında Təlxək, Sənəm ( “Prokuror” , Məmmədhüseyn Əliyev), Ana və Şahzadə arı( “Arı pətəyi” Emil Əskərov), 15-ci adam( “İki iyirmi üç arasında” Qəşəm Nəcəfzadə), Aygül( “Xoşbəxtlik quşu” Ələkbər Hüseynov), Nabat(“Günah” Rəhman Əlizadə), Maviş( “Tilsimli Sandıq” Laləzar Hüseynova) rolunda və digər rollarda çıxış etmişdir.
