Buludxan Buludov
Dram artisti
Buludxan Əşrəf oğlu Buludov
1961-ci il iyul ayının 6-da Cəlilabad rayonunun Pərdi kəndində anadan olmuşdur.
1968/1978-ci illərdə Cəlilabad rayon 4 saylı məktəbdə orta təhsilini almış, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.1981-ci ildə həqiqi hərbi xidməti başa vurmuşdur.
1983-ci ildə Bakı Mədəni Maarif Texnikomuna qəbul olan Buludxan Buludov buranı 1985-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur.
Azad təyinatla Cəlilabad rayon Mədəniyyət evində əvvəlcə avtoklub müdiri, daha sonra dram dərnəyinin rəhbəri kimi çalışmışdır.
1986-cı ildə mədəniyyət evi "Xalq Teatrı" adını aldıqdan etibarən B.Buludov 2023-cü ilədək orada rejissor vəzifəsində çalışmış, 100-ə yaxın müxtəlif həcmli əsərlərə səhnə quruluşu vermişdir.
İki dəfə Xalq yaradıcılığı festivalı laureatı olmuşdur.
Xalq teatrları festivalında ən yaxşı aktyor nominasiyasına layiq görülmüşdür.
2023-cü il 1 aprel tarixindən etibarən Lənkaran teatrında aktyor kimi fəaliyyət göstərir.
Bu müddət ərzində o, bir neçə tamaşada rol almışdır.
İfa etdiyi rollar:
Orozmot ağa - ("Cəmilə" Ç.Aytmatov)
Bayandır -("Casus" K.Abdulla)
Obraz -("İki İyirmi üç arasında" Q.Nəcəfzadə)
Şaxta baba -("Qış nağılı" A.Sadıqov)