Əbülfəz Axundov

Dram artisti


Əbülfəz Dadaş oğlu Axundov 

 

1972-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 1979/89-cu illərdə Şağlaküçə kənd orta məktəbində təhsil alıb.

1989-94-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorloğu" fakültəsində ali təhsil alıb. 1996-cı ilin sentyabrından Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 

1998/99- cu illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən doğma teatra qayıdaraq fəaliyyətini davam etdirir.

Bu günədək 60-dan çox tamaşada irili-xırdalı müxtəlif rollar yaradıb.

 

Onun bir sıra tamaşalarda ifa etdiyi rollar:

 

Qarakişi -(“Gəl qohum olaq” İ.Məlikzadə)

Məlik -(“Eh, qadınlar, qadınlar” M.Haqverdiyev)

Cəbi -(“Hacı Qənbər” N.B.Vəzirov)

Məhəmməd xan -(“Nadir

şah” N.Nərimanov)

Qulam -(“Pul dəlisi” Ə.Orucoğlu)

Şahin -(“Məni qınamayın”

Hidayət)

Kor heykəltaraş -(“Şeytanın oyunları” M.Xubai)

Qulam -(“Şeytan işığı” K.Nəzirli) 

Manilov -(“Ölü canlar” N.Qoqol)

Mirzə Həbib -(Lənkəran xanın

vəziri” M.F.Axundov)

Paskuele -(“Ruhlar” E.Filippo)

Birinci kor -(“Korlar” M.Meterlink)

Axund -(“Vəfalı Səriyyə” C. Cabbarlı)

Aruz -("Casus" K.Abdulla) 

Ə.Axundov həmçinin bir neçə teleseriala da çəkilib.

Səmərəli səhnə fəaliyyətinə görə aktyor 2016-cı ildə “Fəxri mədəniyyət işçisi”adını qazanmış, 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti mükafatına layiq görülüb.