Əlirza Şahbazi
Dram artisti
Əlirza Şahbazi Maqsud oğlu, 20 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə başlamış, 2004-cü ildən təhsilini Nizami rayonu 220 saylı məktəb-liseydə davam etdirmişdir. 2011-ci ildə Kimya-Biologiya respublika təmayüllü liseydən məzun olmuşdur. 2011-2015-ci illər arasında İstanbul Dövlət Konservatoriyasının teatr ixtisasında təhsil alıb. 2016-2021-ci illəri arasında Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi kinorejissorluq ixtisasında təhsilini davam etdirib. 2023-ci il yanvar ayının 4-dən etibarən Lənkəran Dövlət Dram Teatrında dram artisti olaraq fəaliyyət göstərir.
Türkiyədə fəaliyyət göstərən Harıbülbül Vizyon Tiyatrosunda oynadığı tamaşalar:
Elşad (“Cəhənnəmdə 8 Gün” Dürdanə Ağayeva); İntiqam alan əsgər (“Adsız Qadın” Aygün Həsənoğlu); Ələsgər (“Yeyərsən Qaz ətini Görərsən Ləzzətini” Əbdürrəhim bəy Haqverdiyev); (“Paris Notr-Dam kilsənin qozbeli” Viktor Hüqo); Dəcəl Oğlan, Ağacdələn (“Almaların Sirri” Fuad Kazımov)
“Kadıköy Xalq təhsil Mərkəzi”də oynadığı tamaşlar:
Mendel (“Damdakı Kamançı” Joseph Stein); Romeo (“Romeo və Cülyetta” Uilyam Şekspir)
Filmoqrafiya
Türkiyə İstehsalı.
“Kimsəsiz” -(Rejissor: Hüla Telli 2015)
“Kömək edin” -(Rejissor: Elif Kara 2016)
“Quru” -(Rejissor: Ferdi Gök 2017),
“Limon ilə portağal” (Rejissor: Ahmet Bulut, İbişcan Er) (2017),
“Loğ” (Rejissor: Mehmet Emin Başer) (2017),
“Son bir hekayə” (Rejissor: Alperen Göktaş, Ferdi Gök ) (2017),
“The Godfahter I (remake scene)” (Rejissor: Ferdi Gök) (2018),
“-2” (Rejissor: Hakan Gül) (2019),
“Sifariş” (Rejissor: Seçkin Sevim) (2019),
“Solğun rəngli həyat” (Rejissor: Hakan Gül) (2019),
“Yara” (Rejissor: İlcan Egdar Özuluca) (2020),
“Yarat” (Rejissor: Raşit Balcı) (2020),
“Fermarsız yaralar” (Rejissor: İbiş Can Er) (2021)
Azərbaycan İstehsalı
“Himayədar” serial (Rejissor: Zaur Qasımlı) (2023)
“Eltiler” serial (Rejissor: Elçin İbrahimov) (2024)
“Hardinin həyatı” (2019), “Ölü” (2019) və “İki gözüm” (2020, tammetrajlı bədii film) filmlərinin ssenari müəllifidir.
Lənkəran Dövlət Dram Teatrında ifa etdiyi rollar:
Santa Klaus -(“Qar Qızın Axtarışı” İ.Hacılı)
Şıltaq Vəli -(“Nuru Bababnın Sərgüzəştləri” İ.Hacılı)
Xan Çoban -( “Gəl Baharım, Gəl Yazım” A.Sadıqov);
Gənc -(“Azadlıq Qatarı” E.Əskərov);
Tutuquşu -("Yalançı Şahzadə" T.Abdullayev)
Qəzənfər -("Prokuror" M.Əliyev)
16-cı adam -( "İki iyirmi üç arasında" Q.Nəcəfzadə);
Ayı -("Arı pətəyi" Ş.Şəfi);
Kəndli oğlan -("Cəmilə" Ç.Aytmatov)
Bayquş -("Yaxşılığa yaxşılıq" M.Ağayev)