Əlizamin Abbasov

Dram artisti


Abbasov Əlizamin Səməndar oğlu 17.02.1992

1992 ci ildə Saatlı rayonunda anadan olmuşdur. 1998 ci ildə Saatlı şəhər Səməd Vurğun adına 1-saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2009 cu ildə orta təhsilini başa vurmuşdur. 2016 cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru ixtisasına qəbul olmuşdur. 2020 ci ildə sözügedən təhsil müəssisəinin Bakalavr dərəcəsini bitirmiş, eyni ildə həmin ixtisas üzrə Magistr ali-dərəcəsinə qəbul olmuşdur. 2022 ci ildə təhsil ocağından məzun olmuşdur.Eyni zamanda Azərbaycan Televiziyası və Radiosunun, "Teleradio Akademiyasında", Nərgiz Cəlilova və Rafiq Həşimovun "Aparıcı-müxbir" kursunu uğurla bitirmişdir.