Elşad Zeynalov

Əməkdar artist


Elşad Allahverdi oğlu Zeynalov 1951-ci ildə anadan olmuşdur. O,1973-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və dram 

aktyorluğu fakultəsini bitirdikdən sonra təyinatla N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına aktyor ştatına daxil edilmişdir.

E.Zeynalov ötən otuz il müddətində teatrın repertuarında olan 160-dan çox tamaşanın 80-dən çoxunda müxtəlif xarakterli rollar; ifa etmişdir. Onlardan Tağı (M.İbrahimov”Yaxşı adam”), Mədəd ( N.Xəzri”Sən yanmasan”), Şaban (H.Hikmət “Bayramın birinci günü”),Əliqulu (S.Rəhman”Əliqulu evlənir”), Topal Teymur (H.Cavid “Topal Teymur), Hacı Həsən (C.Məmmədquluzadə “Ölülər”), Vaqif (S.Vurğun “Vaqif”), Ziyad xan (Elçin “Mahmud və Məryəm”), Şeyx Zahid Gulani (B.Babayev “Şeyx Zahid Gilani”), Hacı Qəmbər (N.B.Vəzirov ” Hacı Qəmbər),

 Mirkərim ağa (H.Mirələmov “Ləyaqət” ), Aslan (H.Mirılımov “Vicdanın hökmü”), Nadir şah (N.Nərimanov “Nadir şah”)və bu kimi rollar aktyorun yaradıcılıq tərcümey-halında mühüm yer tutmuşdur.

  E.Zeynalov 1984cü ildən teatrın direktoru vəzifəsində çalışaraq, bu sənət ocağının respublikanın aparıcı teatr –tamaşa müəssisələri sırasında olmasından ötrü böyük və enerji sərf etmişdir. Uğurlu sənət fəaliyyətinə görə Lənkəran teatrı dəfələrlə respublika Mədəniyyət Nazirliyinin və Treatr Xadimləri İttifaqının fəxri fərmanlarına və pul mükafatlarına layiq görülmüşdür.

  Azərbaycan teatrının inkişafında yüksək xidmətlərinə görə Elşad Allahverdi oğlu Zeynalov respublikanın əməkdar artisti fəxri adına, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

  E.Zeynalov yaradıcılığının çiçəkləndiyi bir vaxtda 2007-ci il yanvarın –də vəfat etmiş Lənkəran şəhərində dəfn olunmuşdur.