Emil Rzayev
Dram artisti
Rzayev Emil Tağı oğlu 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 1991-ci ildə Lənkəra şəhər 10 saylı tam orta məktəbində başlamış, 2002-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbində təhsilini bitirmişdir. Elə həmin ilin sentyabrın 1-də Lənkəran Dövlət Dram Teatrında yardımçı heyət artisti vəzifəsində işə başlamışdır. Oynadığı rollar və davamiyyətinə görə Lənkəran Dövlət Dram Teatrının 10-cu dərəcəli dram artisti vəzivəsinə qədər irəliləyə bilmişdir. Bu illər ərzində bir çox tamaşalarda oynadığı rolları və yaratdığı obrazları olmuşdur. Teatr səhnəsində oynadığı rollar: Kaloğlan (Ağaddin Babayev "Kaloğlanın sərgüzəştləri"); Qara (Ə. Əmirli "Varlı Qadın"); Raşa (Bratislav Nuşiç "Nazirin Xanımı"); Vasif (Ə. Əmirli "Köhnə ev"); Aşot (H. Mirələmov "Vicdanın Hökmü"); Məktəb şagirdi (Ü. Hacıbəyov "Olanlardan Keçənlərdən"); Şah Abbas (İ. Fəhmi "Qanlı Namə"); Daniyar (Ç. Aytmatov "Cəmilə"); Orxan (M. Könül "Yaşayan ölü"); Kapitan Almazov (Məmmədhüseyn Əliyev "Prokuror") və s.
Teatr yaradıcılığı ilə paralel, bir çox televiziya teleseriallarında və filmlərdə yadda qalan obrazları olmuşdur. Bunlardan "Günəşim ol" da NATİQ, "Laləli Sarayda" AZAD, "O gecə"də ASİF, "İntizar"da QORXMAZ, "Xalxın Evində" ƏHMƏD, "Vağzalı"da (film) MEŞƏBƏYİ və s. epizodik və əsas rolları olmuşdur. Hazırda Dağıstan Respublikasının Mahaçkala şəhərində Dağıstan Dövlət Univerisitetinin aktyorluq fakultəsində qiyabi təhsil alır.