Fuad Babazadə

Rəssam


Fuad Allahverən oğlu Babazadə 1 yanvar 1993-cü ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə 7 saylı Lənkəran şəhər tam orta məktəbini bitirib. 2004-2008-ci illərdə eyni zamanda Lənkəran şəhər rəssamlıq məktəbində təhsil alıb. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar İnstitutunun “Memarlıq” fakültəsinə qəbul olunub və 2015-ci ildə oranı bitirib. 2019-cu ildə Lənkəran Dövlət Dram Teatrında rəssam kimi əmək fəaliyyətinə başlayıb.

İndiyə kimi “Comərdin hünəri (Ağaddin Babayev), “Balaca qara qız” (Tərlan Abdullayev), “Antiqona” (Sofokl), “Yetim Rac” (Oruc Qurbanov) tamaşalarına səhnə quruluşu verib.