Füzuli Məmmədov
Direktor
Füzuli Məmmədov 25 avqust 1952-ci ildə anadan olmuşdur.1968 -ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuş və 1973-cü ildə buranı bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986 – cı ildə oranı bitirmişdir. 1973-1982 -ci illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984 – cü illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999 – cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006- cı ildən ömrünün sonunadək Dövlət Pantomima Teatrında direktor işləmişdir.
F.Məmmədov K.Qaldoni "İki sahibin qulluqçusu" – (Trufaldino), V.Şekspir "Qış nağılı" – (Antiqon), A.Safronov " Qəribə həkim" – (Koppuş), N.B.Vəzirov "Hacı Qəmbər" – (Hacı Qəmbər), S.Rəhman "Toy" – (Kərimov), İ.Əfəndiyev "Məhv olmuş gündəliklər" – (Savalan), Elçin "Dəyişmə" – (Keşikçi), A.Mirzəyev "Yolçular" – (Sabirabadlı) tamaşalarında oynamışdır. C.Əmirov "Qara Volqa" – (Sahə müvəkilli), R.İbrahimbəyov "Etimad telefonu" – (Yol polisi), X.Muradov "Azadlığa gedən yollar" – (Salamov), R.Almuradlı "Yük"-(Xırdavatçı) filmlərinə çəkilmişdir. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.