Gülər Kərimova

Dram artisti


7 sentyabr 1988 –ci ildə Lənkəran şəhərində anadan olub. 2005-ci ildə Lənkəran şəhər 7 saylı orta məktəbini bitirmiş, həmin ildə də Lənkəran Dövlət Humanitar Kollecinə daxil olmuşdur. 2008-ci ildə təhsilini başa vurduqdan sonra 2009-cu ildə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram T eatrının nəzdində fəaliyyət göstərən “Ümid” teatr studiyasına yardımçı aktrisa kimi qəbul olunmuşdur. Gülər Kərimova 2010-cu ildə Lənkəran Dövlət Dram Teatrına C.Cabbarlının xatirəsinə həsr olunmuş “Deyilən söz yadigardır”  bədii qiraət müsabiqəsinin qalibi olmuşdur.O, həmçinin “Cənub” televiziyasında aparıcı kimi fəaliyyət göstərir.

Gülər Kərimova Elçinin “Dəlixanadan dəli qaçıb”, M.Xubainin “Şeytanın oyunları”,Ç.Aytmatovun “Manqurt” tamaşalarında kütləvi səhnələrdə çıxış etmişdir.

 Oynadığı tamaşalardan rollar:

 Latıpovlar “Şah və əks-səda” – Güldər

Ş.Perro “Qırmızıpapaq” – Qırmızıpapaq

M.F.Axundov “Lənkəran xanının vəziri” – Nisə

K.Nəzirli “Şeytan işığı” – Oksana

X.Həsənova “Qız sərgüzəştləri” – Sabit

Z.Bağırov  “Novruz bayramı” – Göyçək Fatma

J.B.Molyer “Mizantrop” – Elianta

C.Məmmədquluzadə “Danabaş kəndlinin əhvalatları” – Fizzə/Ziba

Ərəb xalq nağılı “Ələddinin sehirli çırağı” – Budur

Ə.Əsgərov “Ölməz kaşşey” – Marya

E.D.Filippo “Ruhlar” – Karmela

A.Babayev“Üç qardaş” – Oksana

A.Şaiq “Danışan kukla” – Qız

A.Babayev “Comərdin hünəri” – Huri xanım

S.M.Qənizadə “Xor-xor” – Məryəm xanım

A.Fətullayev “Göyçək Fatma” –  Göyçək Fatma

Ş.Perro  “Qırmızı Papaq” –  Qırmızı papaq

 

B.Beyzayi “İlan Sultan” –  Cabelsa