Gülü Süleymanlı
Qrim Rəssamı
Güli Kamal qızı Süleymanlı 23 dekabr 1996-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə məktəbi bitirmişdir. 2016-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq kollecinin Dekorativ Tətbiqi Sənət fakultəsinə daxil olmuş, xalçaçılıq üzrə təhsil almışdır. 2019-cu ildə təhsilini başa vurmuşdur.
Təhsili başa vurduqdan sonra rəssamlıq üzrə müxtəlif kurslarda işləmişdir. 2020-2022-ci illər ərzində özünün yaratdığı şəxsi rəssamlıq kursuna rəhbərlik etmişdir.
1 mart 2023-cü ildən Lənkəran Dövlət Dram Teatrında geyim rəssamı kimi işə başlamışdır.
Quruluşçu rəssam kimi çalışdığı tamaşalar:
“Qapıda öpüş” (İntiqam Hacılı)
“Qış nağılı” (Həmid Piriyev)
Geyim rəssamı kimi çalışdığı tamaşalar:
“Yalançı şahzadə” (Tərlan Abdullayev)
“The Müqəssir” (Əbdürrəhim bəy Haqverdiyev)
“Bu da axırı!” (Piter Turini)
“Cəmilə” (Çingiz Aytmatov)
“İki iyirmi üç arasında” (Qəşəm Nəcəfzadə)
“Azadlıq qatarı” (Emil Əskərov)
“Xocalı soyqırımı” (Emil Əskərov)
“Arı pətəyi” (Şəfahət Şəfi)
“Uçan səhnə” layihəsi (Emil Əskərov)