Günay Səlimsoy

Quruluşçu rejissor


14 may tarixində Lənkəran şəhərində anadan olub.2012-ci ildə Astara Pedaqoji Kollecinin ibtidai sinif müəllimliyi ixtisasını bitirib.2019–2023-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisası üzrə bakalavr təhsili alıb.2024–2026-cı illərdə isə həmin universitetdə rejissorluq ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.

Peşə fəaliyyətinə ARB Cənub televiziyasında aparıcı və müxbir kimi başlayıb. Hazırda Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır. Teatrda fəaliyyəti dövründə “Yaxşılığa yaxşılıq” və “Gülşən və küpəgirən qarı” adlı uşaq tamaşalarına quruluş verib.

Eyni zamanda “Nərgiz”, “Addım”, “Yazda payız” adlı qısametrajlı filmlərin, həmçinin “Gizli işıq” adlı qısametrajlı sənədli filmin müəllifidir.