Günel Abbaszadə
Dram artisti
Günel Sarvan qızı Abbaszadə
28 may 1994-cü ildə Lənkəran rayon Girdəni kəndində anadan olub.Orta təhsilini də burada almışdır. 2012/2019-cu illərdə Lənkəran Dövlət Dram Teatrında yardımçı aktyor heyətində, 2020-2022-ci illərdə Mücrü Nəşriyyatında Korrektor vəzifəsində çalışmışdır. 2022-ci ildən Dağıstan Dövlət Universitetinin "Usta aktyorluq" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2022-ci ildə Lənkəran Dövlət Dram teatrında "Rejissor asissenti" vəzifəsində,2023-ildən etibarən "Dram artisti" vəzifəsində çalışır.
K.Abdulla "Casus", T.Abdullayev "Yalançı Şahzadə", M.Əliyev "Prokuror", K.Məmmədova "Yaşayan ölü", İ.Fəhmi "Qanlı namə" və s. Kimi tamaşalarda rejissor asissenti kimi çalışıb.
Lənkəran Dövlət Dram Teatrın səhnəsində rəqs və kütləvi səhnə iştirakçısı kimi ifa etdiyi rollar:
-("Lənkəran xanın vəziri" M.F.Axundov)
Alfredonun oğlu -("Ruhlar" Eduardo De Filippe)
Xor iştirakçısı -("Korlar" M.Meterlink)
Zeynəbin qızı -("Danabaş kəndinin əhvalatları" C.Məmmədquluzadə), Cana -("Köhnə ev" Ə.Əmirli)
rəqs iştirakçısı -("Əsirlərin harayı" Ə.Vəlioğlu)
Gerda -("Qar kraliçası" Anderson)
Pəri -("Şaxta baba və pərilər" E.Əsgərov)
Şahzadə -("Çəkməli pişik" Şarol Pero)
Aypara -("Üç qardaş" Xalq nağılı)
Əsgərin nişanlısı -("Haqqın 44 günü" A.Sadıqov)
Kəndli qızı -("Cəmilə" Ç.Aytmatov) Xor iştirakçısı -("The müqəssir" Ə.B.Haqverdiyev)
17-ci adam -(İki iyirmi üç arasında" Qəşəm Nəcəfzadə)
Qırmızı dovşan -("Qış nağılı" A.Sadıqov).