Günel Bağırova
Dram artisti
Günel Sarvan qızı Abbaszadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 2000-ci ildə doğma kənddə orta məktəbi bitirib (2000 - 2011). 2022-ci ildə Dağıstan Dövlət Üniversitetinin Üsta aktyorluq fakültəsinə daxil olub, qiyabi oxuyur. 2012-ci ildə Lənkəran Dövlət Dram teatrında yardımçı aktrisa vəzifəsində çalışıb. Bir müddət rejissor köməkçisi işləyib.
Milli klassiklərin pyeslərinin tamaşalarında ifa etdiyi səhnə surətləri: Fizzə və Ziba (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), “Xor iştirakçısı (“The Müqəssir”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müəqssir” pyesi əsasında), Göhərtac və Mələk (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Çimnaz (“Qoçaq Polad”, Abdulla Şaiq).
Azərbaycan müəlliflərini müxtəlif janrlı dramlarında çıxış etdiyi personajlar: Cana (“Köhnə ev”, Əli Əmirli), Kar- men (“Sehrli alma”, Əli Əmirli), 17-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Nataşa (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), 2-ci qız (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), Hürü xanım (“Comərdin hünəri”, Ağaddin Babayev), Amitida (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Günel(“Qapıda öpüş”, Intiqam Hacılı),
Klassik və çağdaş tərcümə əsərlərində ifa etdiyi rollar: Gerda (“Qar kraliçası”, Hans Xristian Andersen), Klodina (“Jorj Danden və ya aldadılmış ər”, Jan Batist Molyer), Kəndli qız (“Cəmilə”, Çingiz Aytmatov), Pyer (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Dua edən qadın (“Korlar”, Moris Meterlink), Arturo (“Ruhlar”, Eduardo de Filippo).
Alleqorik janrlı pyeslərdə oynadığı real və alleqorik səhnə surətləri: Qar qız və Danışan kukla (“Danışan kukla”, Abdulla Şaiq), Keçi və 1-ci quldur (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Pəri (“Şaxta baba və pərilər”, Emil Əsgərov), Dovşan (“Meşəbəyinin dostları”, Əjdər Öl), Mələksima (“Yeni il möcüzələri”, Ağaddin Babayev), Qız (“Ölməz Kaşşey”. Səhnə üçün işləyən Əlibala Əsgərov), Qar qız (“Əlibaba və qırx quldur”, nağıl-tamaşa), Qurd (“Tülkü, tülkü, tünbəki”, Xanım Həsənova), Keçi (“Dəcəl keçi”, Pərvin Nurəliyeva).
