Hacırza Əliyev
Direktor
Hacırza
Musarza oğlu Əliyev 1953-cü ildə Lənkəran şəhərində doğulub. 3 nömrəli şəhər
məktəbində orta təhsil alıb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunda SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi
teatr rejissorluğu fakültəsini bitirdikdən sonra Lənkəran teatrına təyinat
alıb. Sovet Ordusu sıralarında xidmət edib. 1983-84-cü illərdə Moskvada
Yermolova adına teatrda ixtisasını təkmilləşdirib. 1988-89-cu illərdə Lənkəran
teatrının baş rejissoru vəsifəsində çalışıb. Onun hazırladığı “Vaqif”
(S.Vurğun), “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “büllur sarayda”
(İ.Əfəndiyev), “Qaçaqlar” (F.Şiller), “Yerin cazibəsi” (Y.Sofronov),
“Şirinliyin acısı” (H.Razi), “Bir kişi vardı” (İ.Hüseynov). “Sən kimsən, ata?”,
“Bir tərəfli hərəkət” (Ş.Aslan) və s. tamaşalarda istedadlı rejissor dəst-xətti
duyulurdu. H.Əliyev 1989-cu il aprelin 3-də - yaradıcılığının çiçəkləndiyi bir
vaxtda faciəli surətdə həlak olub.