
Hacızadə Vəfa
Yardımçı heyət artisti
Hacızadə Vəfa Nadir qızı 1993 - cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999 - 2000-ci illərdə Lənkəran şəhəri Vaqif Əliyev adına 4 saylı məktəb lisseyinin rus bölməsində orta təhsil almışdır.
2003 - 2009 -cu illərdə Lənkəran şəhəri Həqiqət Rzayeva adına 2 nömrəli uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə 7 illik təhsil almış, 2009 - cu ildə həmin məktəbi tərifnamə və fəxri fərmanlarla bitirmişdir.
2015 - 2019- cu illərdə Lənkəran Dövlət Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" fakultəsində, orta ixtisas təhsili almışdır.
2016 - cı ildə Lənkəran Gənclər və İdman İdarəsində "Xan Lənkəran" könüllülər komandasında fəal iştirakçı olmuşdur.
2018 - ci ilin fevral ayının 2-si "Gənclər günü" münasibətilə keçirilən dövlət tədbirində, Lənkəranın ictimai işlərində beş ən fəal gəncdən biri seçilmiş və Lənkəran Şəhər İcra Başçısı tərəfindən mükafat və fəxri fərmanla təltif edilmişdir.
2020 - ci ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi əmək fəaliyyətinə başlamışdır.
Ailəlidir bir övladı var.