
Hüseynova Şəbnəm
Dram artisti
Şəbnəm İlham qızı Hüseynova 13 may 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 2005-ci ildə Lənkəran rayonunun Şilavar kənd orta məktəbini bitirib. 2008-ci ildə Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlyıb.
Azərbaycan dramaturqlarının müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Nisə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Pəri (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Mələk (“Xortdanın cəhənnəm məktubları” , Əbdürrəhman bəy Haqverdiyev), Gülyaz (“Qoç Polad”, Aqbdulla Şaiq), Üçüncü qız (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), Nüşabə (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Simurq (“Üç qardaş”, Ağaddin Babayev), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Amitida (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Züleyxa xanım (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Qurd (“Meşəbəyinin dostları”, Əjdər Ol), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Nənə (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Dovşan və Xeyirxah qarı (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Nataşa (“Ay lolo və ya moskvalı gəlin” , Hafiz Mirzə), Qar qız (“Şaxta baba və Pərilər”, Emil Əsgərov), Azad və Qarğa, Qar qız (“Qaraca qız və xallı ifritə” və “Balaca qara qız”, Tərlan Abdullayev).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Pantomim ifaçı (“Ezop”, Gilerma Fiqeyredu), Ruh (“İblisin oyunları”, Mikloş Xubai), Qar kraliçası (“Qar kraliçası”, Hans Kristian Andersen), Şahzadə Qızılgül və Daniel (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Vasilisa (“Ölməz Kaşşey”. Səhnələşdirən Əlibala Əsgərov), İnna Simyonovna (“Kələkbaz”, Lev Korsinski), Cabelğa səfiri (“İlan sultan”, Bəhram Beyzayi), Cava kor qadın (“Korlar”, Moris Meterlink), Cüdə (“Kərbəla”, Bəkir Yıldız), Məstan (“Gücümüz birliyimizdədir”, yaxud “Turp”. Rus nağılı əsasında səhnələşdirən İntiqam Soltan), Sara (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Bonka (“Dörd əkiz”, Panço Pançev), Boris (“Sehrli yaylıq”, Valeri Qubaryev).
Ş.Hüseynova həmçinin “Günəşim ol” teleserialında Nüşabə rolunda çəkilib.