Laləzar Hüseynova

Direktor


Laləzar Ramiz qızı Hüseynova

 

1964-cü ildə anadan olub.Bakı şəhəri Mədəni Maarif Texnikomunu " Bədii yaradıcılıq kollektivinin rəhbəri" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi teatr rejissoru" ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1995-2014-cü illərdə Dərbənd Azərbaycan Dövlət Dram Teatrında, aktrisa, quruluşçu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. 2008-ci ildə Dağıstan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 2008-ci ildə Rusiya Federasiyasının Teatrlar İttifaqının üzvü seçilib. 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür 2015/2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışıb. 2016-cı ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2018/2020-ci illərdə Prezident Mükafatına layiq görülmüşdür.

   2020-2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2024-cü ilin iyun ayından Lənkəran Dövlət Dram Teatrında direktor vəzifəsində çalışır

2001-ci ildən YAP-ın üzvüdür. 

 

 Teatrda ifa etdiyi rollar:

Hafizə - ( "Pəri cadu" Ə.Haqverdiyev)

Telli - ( "Arşın mal alan" Ü.Hacıbəyov)

Xanuma - ( "Xanuma" A.Saqarelli)

Qaynana - ( "Mənim qaynanam" Xuqayev)

Səidə - ( "Mənim ağ göyərçinim" T.Vəliyeva)

Sara - ( "Solğun çiçəklər" C.Cabbarlı) 

Böyükxanım - ( "Aydın" C.Cabbarlı) 

Nisə - ( "Bankir adaxlı" T.Vəliyeva)

Patimat - ( "Kimdir müqəssir" F.Həsənov)  və.s

 

 

 

 

 Teatrda quruluş verdiyi tamaşalar:

"Pəri cadu" - Ə.Haqverdiyev

"Arşın mal alan" - Ü.Hacıbəyov

"O olmasın, bu olsun" - Ü.Hacıbəyov

"Xanuma" - A.Saqarelli

"Səkkiz qadın" - R.Toma

"Sönmüş talelər" - R.Rəhimli

"Xəcalət" - H.Mirələmov

"Vəsiyyət" - H.Mirələmov

"Aydın" - C.Cabbarlı 

"Solğun çiçəklər" - C.Cabbarlı

"Hərənin öz ulduzu" - İ.Məlikzadə

"Bankir adaxlı" - T.Vəliyeva

"Xoşbəxtlik quşu" - Ə.Hüseynov

"Çal, oyna" - İ.Coşqun

"Dovşanın ad günü" - X.Əlibəyli. və.s