Məmmədova Ədilə

Qrim Rəssamı


1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1971-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. 1979-cu ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır. 1980-1985-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirib.