Məleykə Cəfərova

Dram artisti


Məleykə Zahir qızı Cəfərova 

 

   2001-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində anadan olmuşdur.

   2018-ci ildə Lənkəran rayon Viyən kənd tam orta məktəbini bitirmiş,həmin il Lənkəran Dövlət Dram Teatrında işləməyə başlamışdır.

  Teatrda çalışdığı dövrdə oynadığı rollar: 

 

Nəvə -(“Evlən, oğul, evlən")

Siçan - (“Tilsimlənmiş qız”) 

Mələksima -(“Mələksimanın yeni il macəraları”).

 

2019/2023-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisasında təhsil almışdır.

Universitetdə oxuduğum illərdə paralel olaraq Kukla teatrı, Səhnə teatrı və M teatrda çalışmışdır.

Kukla teatrı nəzdində-Oyuq teatrda ifa etdiyi rol:

Sara - (“Solğun sevgilər” S.Haqverdiyeva)

 

Səhnə Teatrında rolları: 

Rəna,Lyalya -( “Şirəbənzər” R.İbrahimbəyov) 

Mələk -(Sarı Aşığın dastanı)

 

 

M teatrda ifa etdiyi rol: 

Balaca Şəhzadə -(“Balaca Şəhzadə" A.S.Ekzüsperi).

 

2023-cü ildən etibarən Lənkəran Dövlət Dram Teatrında yenidən aktrisa kimi fəaliyyət göstərir.

  O,Azalıq qatarı”, “Haqqın 44 günü”, “Xocalı” kompozisiyalarında kütləvi səhnələrdə rol almışdır.

 

İfa etdiyi rollar: 

Bal arısı -(“Arı pətəyi" Ş.Şəfi)

22-ci adam -(“İki iyirmi üç arasında" Q.Nəcəfzadə)

Qadın -(“The Müqəssir” A.Elşadlı)

Tülkü- (“Yaxşılığa yaxşılıq” M.Ağayev).