Miraslan Ağayev
Dram artisti
Miraslan Ağayev
Miraslan Əzizəli oğlu Ağayev 1958-ci il martın 18-i Lerik rayonunun Tikəband kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. Həmin ildən Lənkəran Dövlət Dram teatrına səhnə maşinisti kimi işə qəbul olunub və aktyor kimi də faliyyət göstərib. 1976-1978-ci illərdə hərbi xidmətini başa vurub, yenidən teatra qayıdıb aktyor truppasına daxil olub. Teatrda işləyə-işləyə 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində ali təhsil alıb.
O, 24.03.1982/27.03.1985/14.10.1985-ci il tarixlərində Azərbaycan Gənclər İttifaqının fəxri fərmanına;
15.03.2008-ci ildə Lənkəran İcra Hakimiyyətinin fəxri fərmanına;
Türkiyənin Ankara, Dənizli, Antaliya, Konya şəhərlərində keçirilən beynəlxalq festivallarda fəal iştirakına görə isə Türkiyənin bir sıra fəxri fərmanlarına layiq görülmüşdür.
Miraslan Ağayev “Yaxşılığa yaxşılıq”, “Altı yaşlı körpə” və “Təbii Tibbi Klinika” pyeslərinin müəllifi və “TTK” tamaşasının quruluşçu rejissoru olmuşdur.
1984-cü ildən Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının üzvüdür. Lənkəran Dövlət Dram Teatrının isə ilk Həmkarlar Təşkilatı sədridir.
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar:
Əbdüləli bəy -(“Sevil” C.Cabbarlı)
Molla Möhsün -“Vəfalı səriyyə” C.Cabbarlı)
Nazim ağa -(“Topal Teymur” H.Cavid)
Xəlil yüzbaşı -(“Hacı Qara” M.F.Axundzadə)
Səlim bəy -(“Lənkəran xanının vəziri” M.F.Axundzadə)
Molla Həmid -(“Molla İbrahimxəlil kimyagər” M.F.Axundzadə)
Hümmətəli -(“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə)
Xudayar bəy -(“Danabaş kəndinin əhvalatları” C.Məmmədquluzadə)
Hacı Baxşəli -(“Ölülər” C.Məmmədquluzadə)
Mirzə Mehdi -(“Xortdanın cəhənnəm məktubları”Ə.Haqverdiyev)
Musa -("Ağa Məhəmməd şah Qacar” Ə.Haqverdiyev)
Hacı Saleh -(“Tamahkar” S.S.Axundov)
Toxtamış -(“Qoç Polad” A.Şaiq)
Hüseynqulu bəy -(“Qaraca qız” A.Şaiq)
Ədhəm -(“Nadir şah” N.Nərimanov")
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı rollar:
Qonaq -(Anar “Şəhərin yay günləri”) Sərhədçi -(H.Ziya “Sınaq” )
Murad -(C.Yusifzadə “Dağlar arxasız olmur”)
Şahın vəziri -(C.Yusifzadə “Bir sarayın oyunları”)
Milis zabiti -(C.Yusifzadə “Səhər qatarı”)
Əliqulu -(S.Dağlı “Müflis kolleksioner”)
İlyas bəy -(Mir Cəlal “Bir gəncin manifesti”)
Serafim -(Ş.Xurşud “Sakitlik olmayacaq”) Marvar -(C.Əfruz “Qanqın böyük dalğası”) Polis -(C.Əfruz “Gəldim ki, deyəm sevirəm”
Məclis əhli -(Elçin "Mahmud və Məryəm”)
Məclis əhli -(Ə.Səmədli “Generalın uşaqlığı")
Boz qurd -(F.Sadıq “Alp Ağuz”)
Tormoz -(S.Qədirzadə “Şirinbala bal yığır”) Anar -(Ə.Nəsirov “Yeddi şam”)
Feldşer Kamal -(V.Səmədoğlu “Mamoy kişinin yuxuları”)
Murtuz müəllim -(V.Səmədoğlu “Uca dağ başında”)
Qartal -(M.Hüseyn “Cavanşir”)
Mürvət Talıb -(M.Məmmədov “Əcnəbi kürəkən”)
Sakit,Xankişi -(M.Məmmədov “Sovqat")
Joze -(K.Nəzirli “Şeytan işığı”)
İkinci oğlan -(İ.Əfəndiyev “Sən həmişə mənimləsən")
Əhmədcan - (İ.Əfəndiyev “Qəribə oğlan”)
Yusifli -(A.Zeynalov və C.Fətullayev “Müəmmalı ölüm”- H.Abbaszadənin “General”romanı əsasında)
Bəbirli -(Ş.Qurbanov “Özümüz bilərik”)
Leytenant Sons -(R.Xəlilzadə “Rəngli yuxu”)
Uzun -(M.Haqverdiyev “Ailədə məhkəmə”)
Heydərqulu xan -(H.Mirələmov “Pənah xan Cavanşir”)
Əhəd -(H.Mirələmov “Vicdanın hökmü”) Kolya - (H.Mirələmov “Ləyaqət”)
Vəkil -(Ə.Əmirli “Varlı qadın”)
Ata -(İ.Tapdıq “Qoç Polad” -A.Şaiqin əsəri əsasında)
Vəzir -(Y.Əzimzadə “Nəsrəddin”)
Savalan -(A.Abdullayev “İnsan və şeytan”)
Musa -(İ.Coşqun “Ana laylası”)
Nəcəf -( S.Rüstəm “Durna”)
Professor-(Elçin “Mənim sevimli dəlim”)
Redaktor -(Hidayət “Məni qınamayın”)
Mustafa xan Ustaclı -(İ.Fəhmi “Qanlı namə”)
Şirşəmsəddin -(K.Abdulla “Casus”)
Şah- (A.Babayev “Yeni il möcüzəsi”)
Şah -(A.Babayev “Üç qardaş”)
Kahin -(Ə.Vəlioğlu “Əsrlərin harayı”)
Qoca -(P.Nurəliyeva “Dəcəl keçi”)
Şaxta baba -(T.Abdullayev “Balaca qara qız”)
İkinci fəhlə -(Ş.Aslan “Birtərəfli hərəkət”) Esesovçu -(M.Əliyev “Ana fəryadı”)
Milis nəfəri -(M.Əliyev “Prokuror”)
Sahə müvəkkili -(H.Mirzə “Ay lolo və ya Moskvalı gəlin”)
Veys bəy -(A.Cavad “Füzuli”)
Məlik -(B.Rzayev “Məhəbbət və ölüm”)
S.Mehmandarov -(B.Rzayev “Qəhrəmanlıq xronikası”)
Sahib -(B.Rzayev “Şeyx Zahid Gilani”)
Zaman- E.İsgəndərzadə “Qalxın, məhkəmə gəlir”)
Padşah - (A.Fətullayev “Tənbəl Əhməd”)
5-ci adam -( Q.Nəcəfzadə “İki iyirmi üç arasında”)
Əcnəbi müəlliflərin əsərlərin oynadığı rollar:
J.B.Molyer “Jorj Danden” -(Jorj Danden) J.B.Molyer “Mizantrop” -(Klitandr) J.B.Molyer “Vasvası xəstə” -(Diafuarus) J.B.molyer “Skapenin kələkləri” -(Jeront) A.Ostrovski “Günahsız müqəssirlər” -(İvan)
N.Qoqol “Müfəttiş” -(Karobkin)
N.Qoqol “Ölü canlar” -(Sobakeviç)
E.Filippo “Ruhlar” -(Kalifani)
S.Mixalkov “Bahalı oğlan” -(Raul)
Ş.Perro “Çəkməli pişik və ya Şahzadə Pyer” -(Kral)
M.Meterlink “Korlar” -(Birinci anadangəlmə kor)
Ə.Əbubakar “Dulusçu haqqında əfsanə” -(İkinci dulusçu)
H.X.Andersen “Qar kraliçası” -(Şir adam)
A.Safronov “Yerin cazibəsi” -(Mayor)
V.Şukşin “Yaşamağın ləzzəti” -(İkinci ovçu)
V.Vişnevski “Nikbin faciə”-(Anarxistlərin başçısı)
A.Çxeidze “Çinari manifesti” -(İndiko)
V.Mayakovski “Taxtabiti” -(Sədr)
N.Hikmət “Domoklun qılıncı” -(Aptekçi)
T.Hakimi “Karıxmış sultan” -(Müəzzin)
B.Nuşiç “Nazirin xanımı” -(Para)
M.Xubai “İblisin oyunları” -(Pollada)
Hüseyn və Həmdiyyə Lətipovlar “Şah və əks-səda” -(Bulat)
Ş.Başbəyov “Dəmir qadın” -(Əlimcan)
L.Korsinski “Kələkbaz” -(Petrasov)
Sofokl “Şah Edip” -(Qasid)
Q.Qorin “Herostratı unudun” -(Həbsxana gözətçisi)
B.Nuşiç “Nazirin xanımı” -(Pera)
Ə.Nesin “İntihar” -(Murad bəy)
B.Beyzayi “İlan Sultan” -(Vəzir)
B.Yıldız “Kərbəla” -(Sərxan)
H.İbsen “Kukla evi” -(Kroqstad)
Nağıl “Əlibaba və qırx quldur” -(Nağılçı).
Film və seriallarda oynadığı rollar:
“Günəşim ol” -(Qafur)
“Susmuş vicdan” -(Deputat)
“Durnalar qayıdır” -(Əsgər)
“Sevginin göz yaşları” -(Ata)
“Durnalar qayıdanda” -(Məhbus)
“Xalxın evi” -(Şərəf).