
Mirzəyev Sucəddin
Əməkdar artist
9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olub. Kənd orta məktəbini bitirib. 1973-1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyorudur.
Lənkəran teatrında milli klassiklərin əsərlərində ifa etdiyi obrazlar: Şah Təhmas (“Nadir şah”, Nəriman Nərimanov), Hacı Qara, Bayram, Hacı Nuru (“Hacı Qara”, “Xırs quldurbasan” və “Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Qurbanəli, Əşrəf bəy (“Dələduz” və “Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Hacı Səməd ağa və Fərhad, Səfərqulu xan və Sadıq xan, Əsgər bəy, Hacı Kamyab (“Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, “Millət dostları” və “Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Cəlal və İkinci azarlı, Uçitel Həsənov və Pristav (“Ölülər” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Qaraquş (“Topal Teymur”, Hüseyn Cavid), Toxtamış və İbiş (“Qoç Polad”, Abdulla Şaiq), Səfər, Əbdül, Balaş (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, “Solğun çiçəklər” və “Sevil”, Cəfər Cabbarlı), Şeyda (“Toy”, Sabit Rəhman).
Azərbaycan dramaturqlarının əsərlərində ifa etdiyi əsas rollar: İkinci işçi, Muratov, Cahangir, Bayandur (“Sən həmişə mənimləsən”, “Qəribə oğlan”, “Atayevlər ailəsi” və “Büllur sarayda”, İlyas Əfəndiyev), Ədəbi işçi (“Mənim sevimli dəlim”, Elçin), Toğrul, Fərhad müəllim (“Uca dağ başında” və “Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Allahqulu, Rəhim, Vanya (“Pənah xan Cavanşir”, “Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Xeyri, Nəsrəddin (“Silahdaş” və “Nəsrəddin”, Yusif Əzimzadə), Gilani (“Bir kişi vardı”, İsa Hüseynov), Tennis (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), Rüstəm, İlham (“Yağışdan sonra” və “Şəhidlər”, Bəxtiyar Vahabzadə), Ryabinin (“Abidə”, Hüseyn Nəcəfov), Tural (“Şirinliyin acısı”, Hüseyn Razi), Murad (“Sınaq», Hikmət Ziya), Firuz (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), Suren (“Bir gəncin manifesti”, Mir Cəlal. Səhnələşdirəni Mailə Muradxanlı), Mirzətay (“Sakitlik olmayacaq”, Şamil Xurşud), Yusif, Şunu (“Gəldim ki, deyəm sevirəm” və “Qanqın böyük dalğası”, Cahan Əfruz), Şah, Şirvan, Qısaquyruq, Həzi (“Zəncirlənmiş toy-büsat”, “Toyda Çelentano oxuyur”, “Üç tülkü balası və kirpi” və “Generalın uşaqlığı”, Əli Səmədli), Qeys (“Min illərin işığı”, Kamil Abdullayev), Cek (“Hacı Kərimin aya səyahəti”, Qulamrza Cəmşidi), Həzi (“Müəmmalı ölüm”, Hüseyn Abbaszadənin “Həzi Aslanov” romanı əsasında səhnələşdirənlər Adil Zeynalov və Cəfər Fətullayev), Namiq (“Şəhərin yay günləri”, Anar), Elçin (“Cavanşir”, Mehdi Hüseyn), Bahadır (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Babək (“Məhkumlar”, Fikrət Qoca), Harpaq (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Zəfər (“Özümüz bilərik”, Şıxəli Qurbanov), Səməndər (“İnsan və şeytan”, Azər Abdullayev), Orxan (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Murad (“Durna”, Süleyman Rüstəm), Antoni (“Sezarın qətli”, Arif Mədətov).
Yerli müəlliflərin əsərlərində ifa etdiyi obrazlar: Fəyaz (“Birtərəfli hərəkət”, Şəkər Aslan), İbrahim xan (“Füzuli”, Ağamir Cavad), Mətin (“Qalxın, məhkəmə gəlir!”, Eldar İsgəndərzadə), Elgüc, Aşot Qalumyan (“Artan dövlətinin hekayəti” və “Ucalıq”, Xədicə Məsud), Əhməd (“Şeyx Zahid Gilani”, Baba Rzayev), Məlikməmməd (“Kaloğlanın sərgüzəştləri”, Ağaddin Babayev), Almazov (“Prokuror”, Məmmədhüseyn Əliyev), İlham (“Şəhidlər”, Əl Salahlı), Meşəbəyi (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Gülağa (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Piri baba, Atabəy (“Qaraca qız və xallı ifritə” və “Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Üçüncü ifaçı (“Sehirbazlar dərəsi”, Emil Əsgərov).
Tərcümə pyeslərinin tamaşalarında çıxış etdiyi səhnə obrazları: Şah Edip (“Şah Edip”, Sofokl), Jora Timoxin (“Bahalı oğlan”, Sergey Mixalkov), Buz adam (“Qar kraliçası”, Hans Kristian Andersen), Britannik (“İblisin oyunları”, Mikloş Xubai), Herostrat (“Herostratı unudun”, Qriqorii Qorin), Cani, Müştaq bəy (“Üç yeriyən bədbəxtlik” və “İntihar”, Əziz Nesin), Tom Diafuarus (“Vasvası xəstə”, Jan Batist Molyer), Çiçikov, Osip (“Ölü canlar” və “Müfəttiş”, Nikolay Qoqol), Şveyster (“Qaçaqlar”, Fridrix Şiller), Doktor (“Oyuncaq ev”, Henrik İbsen), Pyotr Ordıntsev (“Yerin cazibəsi”, Anatoli Safronov), Təlxək (“Məhəbbətsiz şəhər”, Lev Ustinov), Birinci ovçu (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Odessalı (“Nikbin faciə”, Vsevolod Vişnevski), Qoqi (“Çinari manifesti”, Aleksandr Çxeidze), Statist (“Taxtabiti”, Vladimir Mayakovski), Dudar (“Andro və Sandro”, Georgi Xuqayev), Əlimcan (“Dəmir Qadın”, Şərəf Başbəyov), Ağılsız (“Avtobus”, Stanislav Stratiyev), Şaxta baba (“Qırmızıpapaq”, Şarl Perro), İkinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), İdris (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Banuş (“Şənbə axşamı”, Mar Bayciyev), Birisi (“Senemar”, Bəhram Beyzayi), Salnaməçi (“İlan sultan”, Bəhram Beyzayi), Oleq Koreşkov (“Kələkbaz”, Lev Korsinski).
Aktyor həmçinin “Tənha durna uçuşu” (Kəndli), “Durnalar qayıtdı” (Yusifin atası), “Susmuş vicdan” (Azərbaycanlı əsir) bədii televiziya filmlərinə, “Sevginin göz yaşları” (Cəfər) serialına çəkilib.
Sücəddin Mirzəyev 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.