Nazir Əliyev
Azərbaycan SSR-nin əməkdar artisti
Nazir Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur.
1968- ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. 1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş Georgi Xuqayevin "Arvadının əri" komediyasında Kazbek, Əziz Nesinin " Toros
1975-ci ilin mart ayında Nazir N.B Vəzirov adına Lənkəran Dövlət Dram teatrına dəvət olunur. Lənkəran teatrında işlədiyi 9 il ərzində 40-dan çox tamaşada müxtəlif rollar oynamışdır.Onun yaradıcılığının tam bütöv kamillik dövrü məhz Lənkəran teatrının səhnəsində başlamışdır. Azərbaycan dramaturgiyasının ən nümunəvi əsərlərində, həmçinin rus klassikası və Qərbi Avropa dramaturqlarının əsərlərində Nazir Əliyev müxtəlif janrlı və xarakterli rollar oynamışdır.
1982-ci il 1 dekabr tarixli fərmanla ona Azərbaycan SSR əməkdar artisti fəxri adı verilmışdir.
1988-ci ildə Nazir Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmək üçün dəvət olunur.
Akademik Milli Dram Teatrında işdən çıxandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. Nazir Kərim oğlu Əliyev 1997-ci il 28 avqustda Dubay şəhərində vəfat edib, doğulduğu Lənkəranda dəfn olunub.