Nurullayev Eynəli

Dram artisti


20 sentyabr 1947 ci ildə Lənkəran rayonu  Darquba kəndində anadan olmuşdur. 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsini bitirmişdir. 1969-73-cü illərdə H.Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib.  1973-cü ildən  hal –hazıra kimi

N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır. E. Nurullayev 100-dən çox obrazlara səhnə həyatı bəxş etmişdir.

 

  Oynadığı tamaşalardan rollar:

 

M. İbrahimov “Yaxşı adam” – Qardaşxan.

C. Məmmədquluzadə “Ölülər” – İsgəndər.

İ.Əfəndiyev “Mahnı dağlarda qaldı” – Qüdrət

N.Hikmət “Bayramın birinci günü” –Doktor bəy

N.B.Vəzirov “Ev tərbiyəsinin bir şəkli” – Səfdərqulu

C.Cabbarlı “Oqtay Eloğlu” – Oqtay

M.İbrahimov “Kəndçi qızı” - Vahid

N. Xəzri  “Sən yanmasan”  - Eldar

S. Vurğun  “Vaqif”  - Eldar

S.Rəhman “Toy” - Surxay

S. Rəhman  “Əliqulu evlənir”  - Rövşən

C. Cabbarlı  “Aydın”  - Dövlət bəy

H. Cavid  “Topal Teymur”  - Soltan bəy

M. Əliyev  “Ana fəryadı”  - Cəbi

Ə. Əmirli  “Varlı qadın”  - Sarı

H. Mirələmov  “Pənah xan Cavanşir” – Yeqan

N. Nərimanov “Nadir şah” – Heydər xan

V. Qauf “Xəlifə Leylək” – Səlim

Elçin “Mənim sevimli dəlim” – Baş redaktor

V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Mamoy

M.Xubai “Şeytanın oyunları” – Pyotr

 

E. Nurullayevin  eyni zamanda bir rejissor kimi  quruluş verdiyi tamaşalar:  

S. Qədirzadə  “Şirinbala bal yığır”

N. B. Vəzirov  “Dələduz”

G.Xudayev “Andro və Sandro”

M.Hüseyn “Cavanşir”

J. B. Molyer  “Vasvası xəstə”

Ə. Səmədov  “Ölüm hökmü”

N. Nərimanov  “Nadir şah” və s.

 

E. Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə hələ 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri fərmanına layiq görülmüşdür.

100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb.

2014-cü il iyul ayının 9-da 67 yaşında vəfat edib.