Oruc Şərbətov

Direktor müavini


Şərbətov Oruc Həmdulla oğlu

       24 yanvar 1966-cı ildə Lənkəran rayonun Rvo kəndində anadan olmuşdur.

       1973-cü ildə Rvo kənd orta məktəbin 1sinifinə getmiş,1983-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Ali məktəbə qəbul olunmaq üçün sənədlərini, Azərbaycan Dövlət İncəsənət İnstituna vermiş,yazılı imtahandan qeyri məqbul olmuşdır.

       1983-1984-cü ildə Lənkəran Peşə təhsili məktəbində oxumuşdur.

       1984-cü il Ordu sıralarına çağırılmış,1986-cı ildə hərbi xidmətini başa vurmuşdur.Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstituna vermiş,imtahanları müvəffəqiyyətlə verərək qəbul olunmuşdur.1991-ci ildə artıq Universitet kimi fıaliyyət göstərən ali məktəbin Mədəni-maarif işini təşkili,teatr kollektivlərinin rəhbəri ixtisasına yiyələnmişdir.

       O.Şərbətov 1983-1989-cu illərdə Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışmışdır.1989-cu ilin fevral ayından teatrdan ayrılan O.Şərbətov Lənkəran şəhər V.Hüseynov adına 1-saylı Mədəniyyət evində Mədəni kütləvi tədbirlərin təşkilatçısı vəzifəsinə irəli sürülmüşdür

       Onun rejissorluğu ilə “Ağsaq Şaxta baba”,”Ən uzun payız gecələri”,”Ən ağıllı fenonun”və başqa musiqili əyləncəli proqramlar,bilik yarışları,yubiley gecələri keçirilmişdir.

Rayon rəhbərliyi O.Şərbətovun işgüzarlığını gənckər arasında apardığı yüksək işi qiymətləndirərək ona daha böyük vəzifələr etibar etmişdir.Belə ki,1994-cü ilin aprelində o, Rvo kənd inzibati ərazi dairəsinə nümayəndə müavini vəzifəsinə təyin edilmişdir.Bu etimadı doğrultduğuna görə 2005 - 2006-cı ildə Rvo bələdiyyəsinə sədr,2006-cı ilin dekabr ayında Rvo inzibati ərazi dairəsinə nümayəndə təyin edilmiş,2024-cü ilin iyun ayına qədər həmin vəzifədə çalışmışdır.

       2-ci dərəcəli Dövlət Qulluqçusu ixtisas dərəcəsinə layiq görülmüşdür.

       1994-cü ildən YAP-ın üzvüdür

       YAP-gənclər I qurultayına nümayəndə seçilmişdir,Dövlət Qulluğunda fərqlənməsinə görə fəxri fərmanlar,təşəkkürnamələr və hədiyyələr almışdır.

       2025-ci ilin aprel ayından Lənkəran Dövlət Dram Teatrına Direktor müavini vəzifəsinə təyin olunmuşdur.