Qabil Quliyev

Respublikanın xalq artisti, Şərəf mükafatı laureatı


Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cə­lilabad rayonunun Tahirli kəndində doğulub. 1966-cı ildə onbirilliyi bitirərək Bakı Neft Sənayesi Məktəbində oxu­yub. 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunun Dram və kino aktyorluğu fakültə­sinə daxil olub. Kurs rəhbərləri Rza Təhmasib və Əliheydər Ələkbərov idi. Hələ tələbəlik illərində Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə və epizod rol­larda çıxış edib.

Qabil Quliyev 1972-ci ildə ali təhsilini başa vurub və hərbi xidmətə çağırılıb. 1973-cü ilin dekabr ayından Lənkə­ran Dövlət Dram Teatrının yenicə formalaşan aktyor trup­pasına daxil olub. Aktyor indiyədək teatrda 100-dən çox rol ifa edib.

Aktyor 17 noyabr 1992-ci ildən 17 noyabr 1993-cü ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmişdir.

Milli klassiklərimizin əsərlərinin tamaşalarında ifa et­diyi səhnə obrazları: Naçalnik, Frans Fok, Xan (“Hacı Qara”, “Xırs quldurbasan” və “Lənkəran xanını vəziri”, Mirzə Fətəli Axundzadə), Hacı Qəmbər, Divanxana mirzəsi, Əhməd (“Mil­yonçu dilənçi”, “Dələduz” və “Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Dərviş, Qacar (“Xortdanın cəhənnəm mək­tubları” və “Ağa Məhəmməd şah Qacar”, Əbdürrəhim bəy Hqverdiyev), Təhmas şah (“Nadir şah”, Nəriman Nərimanov), Hüseyn Cavid (“Topal Teymur”, Hüseyn Cavid), Həmzə, Öq- tay (“Vəfalı Səriyyə” və “Öqtay Eloğlu”, Cəfər Cabbarlı), Şah Qacar, Xosrov (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Naçalnik, Isgəndər (“Danabaş kəndinin məktəbi” və “Ölülər”, Cəlil Məmmədquluzadə).

Avropa klassiklərinin dram, komediya və faciə əsər­lərinin tamaşalarında ifa etdiyi səhnə surətləri: Poliksen 

(“Qış nağılı”, Vilyam Şekspir), Xirin (“Yubiley”, Anton Çexov), Zemlyanik (“Müfəttiş”, Nikolay Qoqol), Qoca Moor (“Qaçaq­lar”, Fridrix Şiller), Firuz, A.B. (“Bayramın birinci günü” və “Domoklun qılıncı”, Nazim Hikmət), Şah Edip (“Şah Edip”, Sofokl), Ksanf (“Ezop”, Gilerma Fiqeyredu), Smulyat (“Soldat Şveykin macəraları”, Yaroslav Qaşek), Antonio (“Kölgələ­rin oyunu”, Yuri Edlis), Öront, Karl, Kleant (“Mizantrop”,

“Skapenin kələkləri” və “Tartüf”, Jan Batist Molyer), Birinci Montanelli (“Övod”, Etel Voyniç), Ninkoviç (“Nazirin xanımı”, Branislav Nuşiç), Pavel (“Iblisin oyunları”, Mikloş Xubai), Nozdrev (“Ölü canlar”, Milxail Bulqakov. Nikolay Qoqolun eyniadlı əsəri əsasında), Ən qoca kor (“Korlar”, Moris Me- terlink), Nökər (“Iki ağanın bir nökəri”, Karlo Qoldoni).

Çağdaş Azərbaycan dramaturqların həm müasir, həm də tarixi mövzularda yazdıqları dramatik pyeslərin tamaş- larında oynadığı rollar: Aslan (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Yanar (“Sən yanmasan...”, Nəbi Xəzri), Saleh (“Yaşıl qapı arxasında qadın”, Rüstəm Ibrahimbəyov), Ka- malov (“Alov”, Mehdi Hüseyn), Mursaqulu (“Bir kişi vardı”, Isa Hüseynov), Həsənalı, Şahsuvarov, Möhsünzadə, Ədalət (“Mahnı dağlarda qaldı”, “Atayevlər ailəsi”, “Ünuda bilmirəm” və “Məhv olmuş gündəliklər”, Ilyas Əfəndiyev), Şamxal (“Şəhərin yay günləri”, Anar), Professor, Fərhad (“Özümüz bilərik” və “Sənsiz”, Şıxəli Qurbanov), Mahmud Səfai, So­raq kişi (“Kəndçi qızı” və “Yaxşı adam”, Mirzə Ibrahimov), Cavanşir bəy (“Çətin döngələr”, Qılman Ilkin), Albert (“Tut ağacı”, Firudin Aşurov), Suxorukov (“Abidə”, Hüseyn Nə­cəfov), Şəkərli (“Şirinliyin acısı”, Hüseyn Razi), Casus (“Sı­naq”, Hikmət Ziya), Məhəmməd (“Məhkumlar”, Fikrət Qoca), Məhəmməd, Kumar (“Gəldim ki, deyəm sevirəm” və “Qanqın böyük dalğası” Cahan Əfruz), Rəfi (“Yas yerindən reportaj”, Əkrəm Əylisli), Keşiş (“Mahmud və Məryəm”, Elçin), Əmir 

Şeyxzamanov (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Şah (“Nəsrəddin”, Yusif Əzimzadə), Xosrov Abdulla (“Min illərin işığı”, Kamil Abdullayev), Aslan, Kərim xan Zənd (“Vic­danın hökmü” və “Pənah xan Cavanşir”, Hüseynbala Mirələ- mov), Ücal Vüqarlı (“Bir ovuc torpaq”, Hüseyn Allahyarov), Qüdrət, Əlvan (“Köhnə ev” və “Varlı qadın”, Əli Əmirli), Dədə Qorqud (“Casus”, Kamal Abdulla), Tanrı (“The Müqəssir”Əbdürrəhim bəy Haqverdiyev), Birinci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Süleyman Əfəndiyev (“Tanrı quşu gəlmədi” Cavid Zeynallı).

Yerli müəlliflərin əsərlərində oynadığı obrazlar: Əzrail (“Məhəbbət və ölüm”, Baba Rzayev), Fərman (“Sibir əfsanə­si”, Sərdar Əliyev), Xosrov Xanlarov (“Sən kimsən, ata?”, Şəkər Aslan), Şəfəq Poladov (“Prokuror”, Məmmədhüseyn Əliyev), Sultan Süleyman (“Füzuli”, Ağamir Cavad), Profes­sor Nəsirzadə (“Yeddi cam”, Əlimərdan Nəsirov), Ədalət (“Qalxın, məhkəmə gəlir!”, Eldar Iskəndərzadə), Lətif (“Yuxu­da zarafat”, Vaqif Hüseynov).

Çağdaş əcnəbi dramaturqların müxtəlif mövzularda yazdıqları əlvan janrlı pyeslərin tamaşlarında çıxış etdiyi rollar: Ağıllı (“Avtobus”, Stanislav Stratiyev), Pavel (“Ne- ron”, Mikloş Xubai), Gəmi kapitanı (“Nikbin faciə”, Vsevolod Vişnevski), Valter (“Üçüncü nəsil”, Nikolay Miroşniçenko), Kapitan Kartaşov (“Nəsillər, eşidin!”, Mixail Musienko), Sər­dar (“Dulusçu haqqında əfsanə”, Əhmədxan Əbu Bakar), Sandro (“Çinari manifesti”, Aleksandr Çxeidze), Kuruçbəy (“Şənbə axşamı”, Mar Bayciyev), Nöman (“Senemar”, Bəhram Beyzayi), Kleon (“Herostratı unudun”, Qriqori Qorin), Ata (“Yaşanmayan gənclik”, Savaş Dinçel), Libero Bokko (Dəmir sinif. Aldo Nikdai).

Milli və tərcümə məişət komediyalarında çıxış etdiyi bədii personajlar: Təmraz (“Toy”, Sabit Rəhman), Mirzə 

(“Olanlardan, keçənlərdən”, Üzeyir bəy Hacıbəylinin fel­yetonları əsasında səhnələşdirən Baba Rzayev), Kuruçbay (“Şənbə günü axşam”, Mar Bayciyev), Ninkoviç (“Nazirin xanımı”, Branislav Nuşiç), Rüstəm bəy (“Xor-xor”, Sultanmə- cid Qənizadə), Şeremet (“Qəribə doktor”, Anatoli Safronov), Qüdrət-Qurd (“Mən nənə ilə evlənirəm”, Hüseyn Muxtarov), Peter dayı (“Dörd əkiz haqqında nağıl”, Panço Pançev), David Ösipoviç (“Taxtabiti”, Vladimir Mayakovski), Lətif Lələyeviç (“Yuxuda zarafat”, Vaqif Hüseynov), Əlvan (“Varlı qadın”, Əli Əmirli).

Aktyor “ Cavadxan ”, “Yol”, “Iki”, “Təlatüm”, “Köhnə də­yirman” bədii filmlərində, “Gürzə” televiziya filmində, “Qız yükü”, “Sevginin göz yaşları” çoxseriyalı filmlərində,” Hey­dər Əliyev və Cənub səlnaməsi”, “Genosid”, “Xocalı harayı” sənədli filmlərində çəkilmişdir.

Qabil Quliyevin tərcüməsində Savaş Dinçelin “Yaşan­mayan gənclik”, Mixail Bulqkovun “Ölü canlar” (Nikolay Qoqolun eyniadlı əsəri əsasında), Jan Batist Molyerin “Mi- zantrop”, Luici Lunarinin “Üç nəfər yelləncəkdə” pyesləri Lənkəran teatrında tamaşaya qoyulub.

Aktyor sənət uğurlarına görə 2 may 1979-cu ildə Azər­baycan Respublikasının Əməkdar artisti və 28 oktyabr 2000- ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.