Quliyev Qabil

Respublikanın xalq artisti, Şərəf mükafatı laureatı


19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.  İlk təhsilini kənd 8 illik məktəbində, orta təhsilini Cəlilabad şəhər 1 saylı orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 11-ci sinifini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş, 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakultəsinin əyani şöbəsinə daxil olmuşdur.

 

Respublikanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinifində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyyətində aktyor kimi çalışmışdır.1972-ci ildə İnstitutu bitirdikdən sonra Moskva “Mosfilm” kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət  etmişdir.

 

Oynadığı tamaşalardan rollar:

N.Xəzri “Sən yanmasan”-Yanar

N.Hikmət “Bayramın birinci günü” – Firuz

M.Musiyenko “Nəsillər eşidin” – Kapitan Kartaşov

C.Cabbarlı “Oqtay Eloğlu” – Oqtay

V.Şekspir “Qış nağılı” –Poliksen

S.Vurğun “Vaqif “-Qacar

R.İbrahimbəyov “Yaşıl qapı arxasında qadın” – Saleh

M.Hüseyn “Alov” – Kamalov

N.Miroşniçenko “Üçüncü nəsil” – Valter

 İ.Hüseynov “Bir kişi vardı” – Mursaqulu

İ.Əfəndiyev “Atayevlər ailəsi” – Şahsuvarov

Anar “Şəhərin yay günləri” – Şamxal

C.Məmmədquluzadə “Ölülər” – İsgəndər

V.Vişnevski “Nikbin faciə” – Kapitan

S.Vurğun “Fərhad və Şirin” – Xosrov

Ü.Hacıbəyov “Olanlardan-keçənlərdən” – Mirzə

V.Hüseynov “Yuxuda zarafat” – Lətif Lələyeviç

F.Şiller “Qaçaqlar” – Fon Moor

B.Vahabzadə “Yağışdan sonra “ – Aslan

M.V.Qoqol “Müfəttiş” – Zemlyanika

Ş.Qurbanov “Sənsiz” – Fərhad

S.Stratiyev “Avtobus” – Ağıllı

N.Hikmət “Demoklisin qılıncı” –AB

Y.Edlis “Kölgələrin oyunu” –Antonio

B.Nuşiç “Nazirin xanımı” – Ninkoviç

Sofokl “Şah Edip” – Edip

Q.Fiqeyredo “Ezop” – Ksanf

M.Xubai “Neron” – Pavel

J.B.Molyer “Mizantrop” – Oront

A.Nikolai “Dəmir sinif” – Bokka

İ.Əfəndiyev “Qəribə oğlan” – Dadaş

L.Korsunski “Kələkbaz” – Qriqoru Qusiev

Elçin “Cəhənnəm sakinləri” – Kişi

N.B.Vəzirov “Milyonçu dilənçi” – Hacı Qənbər

L.Lunari “Üç nəfər yelləncəkdə” – Komandor

Ə.Əmirli “Köhnə ev” – Qüdrət

M.F.Axundzadə “Hacı Qara – Naçalnik

 

Oynadığı filmlər və serialları:

     “Cavad xan” – Aleksandr Mirzə

      “İki” – Ata

      “Yol” – Professor

      “Gürzə” – Hakim

      “Sevginin göz yaşları” – Bahadur

      “Köhnə dəyirman” – Çingiz xan

    “Qız yükü” – Kamil

     “Təlatüm” –

 Qabil Əzizulla oğlu Quliyev Azərbaycan teatr sənəti sahəsində xidmətlərinə görə 1979-cu ildə Respublikanın əməkdar artisti, 2000-ci ildə Respublikanın xalq artisti kimi yüksək fəxri adlara layiq görülmüşdür. 2009-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatı ilə təltif edilmişdir.

Qabil Quliyev Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

 

 ŞƏKİLLƏR                                  MƏTBUAT                    

 

FACEBOOK