Rauf Zeynalov

Dram artisti


 

 
Zeynalov Rauf Ağakərim oğlu
15.12.1965-ci ildə anadan olmuşdur.
Lənkəran Dövlət Dram Teatrının aktyoru.
R.Zeynalov 1983-cü ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Ötən müddət ərzində bir çox rollar oynamışdır. Onun yaratdığı Müəllim (Ü.Hacıbəyov “Olanlardan-keçənlərdən”), Baletmeyster (Ə.Səmədli “Toyda Çelentano oxuyur”), Darğa (İ.Əzimzadə “Nəsrəddin”), Qasid (B.Rzayev “Təpəgözün qayıtması”), Aqil (T.Vəliyeva “Mənim ağ göyərçinim”), Müxbir (Ə.Əmirli “Varlı qadın”), Mühafizəçi (Sofokl “Şah Edip”), Dayı (V.Səmədoğlu “Mamoy kişinin yuxuları”), Əhməd (N.B.Vəzirov “Ağa Kərim xan Ərdəbili”), I Juan (Ç.Aytmatov “Manqurt”) və s. bu kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq dəst xəttinin nümunələrindən sayılır.
     R.Zeynalov həmçinin rayonda keçirilən mədəni – kütləvi tədbirlərin də fəal iştirakçısıdır.