
Rzayev Emil
Dram artisti
Emil Tağı oğlu Rzayev 3 aprel 1985-ci ildə Lənkəran şəhərində anadan olub. 2020-ci ildə 7 saylı Lənkəran şəhər tam orta məktəbini bitirib, istedadı nəzərə alınaraq elə həmin il Lənkəran Dövlət Dram Teatrında yardımçı aktyor, sonralar isə aktyor ştatına daxil edilib.
Milli dramaturqların pyeslərinin tamaşalarında ifa etdiyi rollar: Qara, Müəllif, Sahib (“Onun iki qabırğası”, “Varlı qadın” və “Köhnə ev”, Əli Əmirli), Məstan (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Qoç Polad (“Qoç Polad”, Aqbdulla Şaiq), Təlxək (“Nəsrəddin”, Yusuf Əzimzadə), Səlim (“Ana”, Hüseyn Cavid), Asif (“Ucalıq”, Xədicə Murad), Şərbənd (Zəncirlənmiş toy-büsat”, Əli Səmədli), Yol polisi (“Kərgədan buynuzu”, Maqsid İbrahimbəyov), Məstan (“Dəcəl keçi”, Pərvin Nurəliyeva).
Tərcümə əsərlərində ifa etdiyi obrazlar: Kay və Erkək darğa (“Qar kraliçası”, Hans Kristian Andersen), Paşa (“Nazirin xanımı”, Branislac Nuşiç), Dima Koreşkov (“Fırıldaqçı”, Lec Korsinski), İkinci dilənçi (“Xəlifə leylək”, Vilhelm Qauf), Div (“İlan sultan”, Bəhram Beyzayi).
E.Rzayev həmçinin “Günəşim ol” (Natiq), “Laləli saray (Azad), “O gecə” (Asif), “Qan qohumları (Qorxmaz) və s. teleseriallarına çəkilib.