Şahrud Mehdiyeva

Dram artisti


Şahrud Mehdi qızı Mehdiyeva 4 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1962 - 1972-ci illərdə 3 saylı orta məktəbdə oxuyub. 1973-ci ildən Lənkə­ran Dövlət Dram Teatrında aktrisa işləyir.

Aktrisanın Azərbaycan klassiklərinin əsərlərində oy­nadığı rollar: Nisə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Hacı Kəmyabın arvadı, Nataşa, Şama­ma cadu, Pəri xanım (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Pəri cadu” və “Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Tamara (“Öqtay Eloğlu”, Cəfər Cabbarlı), Tükəzban və Tamara, Fitnə (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Şaban nənə (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Ziynət, Yasəmən (“Toy” və “Əliqu­lu evlənir”, Sabit Rəhman), , Abdulla Şaiq. Səhnələşdirən Ilyas Tapdıq), Çimnaz, Pəricahan (“Qoç Polad” və “Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında). Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlə­rində oynadığı səhnə obrazları: Qönçə, Leyla (“Yaxşı adam” və “Kəndçi qızı”, Mirzə Ibrahimov), Əsmər (“Alov”, Mehdi Hüseyn), Kövsər xanım (“Şirinliyin acısı”, Hüseyn Razi), Bələ­dçi qız (“Səhər qatarı”, Camal Yusifzadə), Bəzəkcan (“Gəlin həsrəti”, Teymur Məmmədov), Valentina (“Sakitlik olma­yacaq”, Şamil Xurşud), Qərənfil (“Yeddi şam”, Əlimərdan Nəsirov), Səlimin arvadı (“Toyda Çelentano oxuyur”, Əli Səmədli), Ceyran, Mələk (“Önun iki qabırğası” və “Köhnə ev”, Əli Əmirli), Rəna (“Yaşıl qapı arxasında qadın”, Rüstəm Ibrahimbəyov), Roza (“Tut ağacı”, Firudin Aşurov), Gəlin (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), Missis Vensburq (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), Eyzəngül (“Şirinbala bal yığır”, Seyfəddin Dağlı), Kəmalə (“Hacı Kərimin aya səyahə­ti”, Qulamrza Cəmşidi), Yaşlı qadın (“Ləyaqət”, Hüseynbala Mirələmov), Gülnazə (“Pul dəlisi”, Əhməd Örucoğlu), Xey- rənisə (“Nəsrəddin”, Yusif Əzimzadə), Alverçi qadın (“Mə­nim ağ göyərçinim”, Tamara Vəliyeva), Bahar (“Ana laylası”, Isgəndər Coşqun), Lalə (“Durna”, Süleyman Rüstəm), 7-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə).

Yerli müəlliflərin əsərlərində və səhnələşdirmələrin- də oynadığı rollar: Darçın, Sənubər (“Ana fəryadı” və “Pro­kuror”, Məmmədhüseyn Əliyev), Arəstə (“Sən kimsən, ata?”, Şəkər Aslan), Lətafət (“Yuxuda zarafat”, Vaqif Hüseynov), Kamalın arvadı (“Sehrli üzük”, Zakir Bağır), Qorxulu qarı (“Şaxta baba və pərilər”, Emil Əsgərov), Xədicə (“Şeyx Za­hid Gilani”, Baba Rzayev), Ipək qarı (“Comərdin hünəri”, Ağaddin Babayev).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii per­sonajlar: Mopsa (“Qış nağılı”, Vilyam Şekspir), Korinkina, Xanım (“Günahsız müqəssirlər” və “Tufan”, Aleksandr Öst- rovski), Aytən (“Bayramın birinci günü”, Nazim Hikmət), Lida Kartaşova (“Nəsillər, eşidin!”, Mixail Musiyenko), Keti (“Əsgər Şveykin macəraları”, Yaroslav Qaşek), Qalina Ördınt- seva, Anna Ivanovna (“Yerin cazibəsi” və “Qəribə doktor”, Anatoli Safronov, Qarı nənə (“Dörd əkiz”, Panço Pançev),  Maqda (“Budapeştdən gələn qız”, Leonid Juxovitski), Elza Xolman (“Üçüncü nəsil”, Nikolay Miroşniçenko), Coy (“Ba­halı oğlan”, Sergey Mixalkov), Valya (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Qadın (“Nikbin faciə”, Vsevolod Vişnevski), Yelizaveta Davıdovna (“Taxtabiti”, Vladimir Mayakovski), Ana (“Sonuncu möhlət”, Vladimir Rasputin), Melita (“Ezop”, Gilerma Fiqeyredu), Zəmzəgül (“Piyada Mahmud”, Mustay Kərim), Dul qadın (“Yudif”, Anton Tamsaaren), Nata (“Na­zirin xanımı”, Branislav Nuşiç), Mardo (“Çinari manifesti”, Aleksandr Çxeidze), Ən qoca kor qadın (“Korlar”, Moris Meterlink), Qəmzə (“Manyak”, Əziz Nesin), Sayraç (“Şənbə axşamı”, Mar Bayciyev), Eritta (“Herostratı unudun”, Qriqo- ri Qorin), Selimena (“Mizantrop”, Jan Batist Molyer), Nora Helmer (“Kuklalar evi”, Henrik Ibsen), Sədəf Imanova (“Mən nənə ilə evlənirəm”, Hüseyn Muxtarov).

Şahrud Mehdiyeva 2013-cü ildə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.