Saleh Əzimzadə

Dram artisti


Saleh Əzimzadə 14 sentyabr 2000-ci ildə Lənkəran şəhərində anadan olub. 2017-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə qəbul olub. 2021-ci ildə universiteti bitirərək bir sıra reklam, klip və serialda rol alıb. Bədii qiraət müsabiqələrində və dövlət tədbirlərində fəal iştirak edərək mükafatlar, fəxri fərman və diplomla təltif edilib.