Şarud Mehdiyeva
Dram artisti
Mehdiyeva Şarud
1955-ci il iyulun 4-ü Lənkəran şəhərində anadan olub.Məktəb təhsilinə 1962-ci ildə Bakı şəhərində başlasa da,1963-cü ildən təhsilini Lənkəran şəhər 3 saylı orta məktəbdə davam etdirib.1973-ci ildən etibarən Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.
Şarud Mehdiyeva 2013-cü ildə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Teatr səhnəsində oynadığı rollar:
Nisə xanım -(“Lənkəran xanının vəziri”, M.F.Axundzadə)
Hacı Kəmyabın arvadı, Nataşa, Şamama cadu, Pəri xanım- (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Pəri cadu”, “Dağılan tifaq”, Ə.Haqverdiyev)
Tamara -(“Oqtay Eloğlu”, C.Cabbarlı)
Tükəzban və Tamara, Fitnə -(“Vaqif”, “Fərhad və Şirin”, S.Vurğun)
Şaban nənə -(“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə)
Ziynət, Yasəmən -(“Toy”, “Əliqulu evlənir”, S.Rəhman)
Pəricahan -(“Qaraca qız”, A,Şaiq)
Qönçə, Leyla -(“Yaxşı adam”, “Kəndçi qızı”, M.İbrahimov)
Əsmər -(“Alov”, M.Hüseyn)
Kövsər xanım -(“Şirinliyin acısı”,H.Razi)
Bələdçi qız -(“Səhər qatarı”, C.Yusifzadə)
Bəzəkcan -(“Gəlin həsrəti”, T.Məmmədov)
Valentina -(“Sakitlik olmayacaq”, Ş.Xurşud)
Qərənfil -(“Yeddi şam”, Ə.Nəsirov)
Səlimin arvadı -(“Toyda Çelentano oxuyur”, Ə.Səmədli)
Ceyran, Mələk (“Onun iki qabırğası”, “Köhnə ev”, Ə.Əmirli)
Rəna -(“Yaşıl qapı arxasında qadın”, R.İbrahimbəyov)
Roza -(“Tut ağacı”, F.Aşurov)
Gəlin -(“Müflis kolleksioner”, S.Dağlı)
Missis Vensburq -(“Rəngli yuxu”, R.Xəlilzadə)
Eyzəngül -(“Şirinbala bal yığır”, S.Dağlı)
Kəmalə -(“Hacı Kərimin aya səyahəti”, Q.Cəmşidi)
Çimnaz -(“Qoç Polad”, A.Şaiq)
Yaşlı qadın -(“Ləyaqət”, H.Mirələmov)
Gülnazə -(“Pul dəlisi”, Ə.Orucoğlu)
Xeyrənisə -(“Nəsrəddin”, Y.Əzimzadə)
Alverçi qadın -(“Mənim ağ göyərçinim”, T.Vəliyeva)
Bahar -(“Ana laylası”, İ.Coşqun)
Lalə -(“Durna”, S.Rüstəm)
7-ci adam -(“İki iyirmi üç arasında”, Q.Nəcəfzadə)
Darçın, Sənubər -(“Ana fəryadı”, “Prokuror”, M.Əliyev)
Arəstə -(“Sən kimsən, ata?”, Ş.Aslan)
Lətafət -(“Yuxuda zarafat”, V.Hüseynov)
Kamalın arvadı -(“Sehrli üzük”, Z.Bağır)
Qorxulu qarı -(“Şaxta baba və Pərilər”, E.Əsgərov)
Xədicə -(“Şeyx Zahid Gilani”, B.Rzayev)
Mopsa -(“Qış nağılı”, V.Şekspir)
Korinkina, Xanım (“Günahsız müqəssirlər”, “Tufan”, A.Ostrovski)
Həbibə -(“Bayramın birinci günü”, N.Hikmət)
Lida Kartaşova -(“Nəsillər, eşidin!”, M.Musiyenko)
Keti -(“Əsgər Şveykin macəraları”, Y.Qaşek)
Qalina Ordıqtseva, Anna İvanovna (“Yerin cazibəsi”, “Qəribə doktor”, A.Safronov)
Qarı nənə -(“Dörd əkiz”, P.Pançev)
Maqda -(“Budapeştdən gəlmiş qız”, L.Juxovitski)
Elza Xolman -(“Üçüncü nəsil”, N.Miroşniçenko)
Coy -(“Bahalı oğlan”, S.Mixalkov)
Valya -(“Yaşamağın ləzzəti”, V.Şukşin)
Qadın -(“Nikbin faciə”, V.Vişnevski)
Elizavera Davıdovna -(“Taxtabiti”, V.Mayakovski)
Ana -(“Sonuncu möhlət”, V.Rasputin)
Melita -(“Ezop”, G.Fiqeyredu)
Zəmzəgül -(“Piyada Mahmud”, M.Kərim)
Dul qadın -(“Yudif”, A.Tamsaaren)
Nata -(“Nazirin xanımı”, B.Nuşiç)
Mardo -(“Çinari manifesti”, A.Çxeidze)
Ən qoca kor -(“Korlar”, M.Meterlink)
Qəmzə - (“Manyak”, Əziz Nesin)
Sayraç -(“Şənbə axşamı”, M.Bayciyev)
Eritta -(“Herostratı unudun”, Q.Qorin)
Selimena -(“Mizantrop”, J.B.Molyer)
Nora Helmer - “Kukla evi”, H.İbsen)
Sədəf İmanova (“Mən nənə ilə evlənirəm”, H.Muxtarov).