Sevən Həsənli
Qrafik-Dizayner
Sevən İltifat qızı Həsənli 1 sentyabr 2005-ci ildə Lənkəran rayonunun Biləsər kəndində anadan olmuşdur.
2020-ci ildə Lənkəran rayonu Ağaxan Quliyev adına Hirkan qəsəbə tam orta məktəbində 9 illik təhsilini başa vurmuşdur.
Eyni zamanda, 2015–2019-cu illərdə Lənkəran şəhər Rəssamlıq Məktəbində “Rəngkarlıq” üzrə təhsil almışdır.
2020-ci ildə Astara Pedaqoji Kollecinin “Ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə” ixtisası üzrə təhsilini davam etdirmişdir. Kollecin müxtəlif rəsm müsabiqələrində 1-ci yerə layiq görülmüş və mükafatlarla təltif olunmuşdur.
2024-cü ildə təhsil aldığı müddətdə uğurlu nəticələr əldə etməsinə və ictimai fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunaraq, təhsilini başa vurmuşdur.
İştirak etdiyi və mükafatla təltif olunduğu rəsm müsabiqələri:
• “Xocalı soyqırımı” rəsm müsabiqəsi
• “Doğma diyar” Respublika rəsm müsabiqəsi
• “Azərbaycanım” 2-ci Respublika rəsm müsabiqəsi
• “Azərbaycanım” 3-cü Respublika rəsm müsabiqəsi
• “Minnətdarıq” Respublika rəsm müsabiqəsi
• “Yurdumuza bahar gəlir” Respublika rəsm müsabiqəsi
• “İnsan ekologiyası: Narkomaniya cənublu məktəblilərin gözü ilə” rəsm müsabiqəsi
• “Mənim yay tətilim” Respublika rəsm müsabiqəsi (ən yaxşı mövzu seçimi üzrə fərqlənmə diplomu ilə təltif edilmişdir) və s. digərləri.
Eyni zamanda Çexiya, Misir, Polşa, Pakistan və digər ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqələrində də iştirak etmişdir.
2019-cu ildə gözəl rəssamlıq qabiliyyətinə və nailiyyətlərinə görə Diplomla təltif edilmiş və Bakı şəhərində nəşr olunan “Öndə gedənlər” kitabının 12-ci hissəsində adı yer almışdır.
2024-cü ildən Lənkəran Dövlət Universitetində “Ekologiya” ixtisası üzrə Qiyabi təhsilini davam etdirir.
2024–2025-ci illərdə Lənkəran Dövlət Dram Teatrında Butafor-Dekorativçi kimi fəaliyyət göstərmişdir.
Rəssam kimi çalışdığı tamaşalar:
• “Xoşbəxtlik quşu” – Ə. Hüseynov
• “Tilsimli sandıq” – L. Hüseynova
• “Xeyirxah şahzadənin Novruz hədiyyəsi” – E. Məmmədova
• “Tıq-Tıq xanım” – A. Şaiq
• “Arşın Mal Alan” – Ü. Hacıbəyli
• “Kölgəli üz” – M. Əliyev
• “Tanrı əmanəti” – Q. Cəfərli
• “Dovşanın ad günü” – X. Əlibəyli
• “Sehrli yeni il” – E. Əskərov
• “Gəlinlik paltarı” – H. Mirələmov
Hal-hazırda Redaktor-Qrafik dizayner vəzifəsində çalışır.
