Səyad Əliyev

Dram artisti


Səyad Seyfəddin oğlu Əliyev 5 avqust 1983-cu ildə Lənkəran rayonunun Rvo kəndində anadan olub. 2000-ci ildə kənd orta məktəbini bitirib. 2001-ci ilin okt­yabr ayından 2003-cü ilin aprel ayına kimi hərbi xidmətdə olub. 2004-cu ildən Lənkəran Dövlət Dram teatrında aktyor işləyir.

Milli klassikada ifa etdiyi bədii surətlər: Heydər bəy, Ağa Bəşir, Dördüncü ərizəçi və Ikinci meydanbəyi (“Hacı Qara”, “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Mahmud, Səfərəli (“Milyonçu dilənçi” və “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Sadıq, Muradqulu və Əhməd, Müəllim (“Danabaş kəndinin əhvalatları” və “Danabaş kən­dinin məktəbi”, Cəlil Məmmədquluzadə), Bəhram və Xort­dan (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Tarix müəllimi, Qoç Polad (“Danışan kukla” və “Qoç Polad”, Aqbdulla Şaiq), Rüstəm (“Vəfalı Səriyyə”, Cəfər Cabbarlı).

Çağdaş Azərbaycan dramaturqlarının müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Valeh (“Qəribə oğlan”, Ilyas Əfəndiyev), Əsgər (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Şahzadə (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Ilkin (“Şeytan işığı”, Kamran Nəzirli), Simran (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Məlik Cümşüd (“Üç qardaş”, Ağaddin Baba­yev), Birinci cangüdən, Kamran Qızılsəs, Xəlifə (“Varlı qa­dın”, “Köhnə ev” və “Sehrli alma”, Əli Əmirli), Kir (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Akif (“Ücalıq”, Xədicə Məsud), Keçəl, Öğlan (“Zəncirlənmiş toy-büsat” və “Cəsurlar”, Əli Səməd­li), Baxış (“Pənah xan Cavanşir”, Hüseynbala Mirələmov), Nümayəndə (“Məni qınamayın”, Hidayət), Alabaş (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Ayı balası (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Güləli (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Azad və Qurd (“Meşəbəyinin dostları”, Əjdər Öl), Birinci ifaçı (“Sehirbazlar dərəsi”, Emil Əsgərov), Çaqqal və Tülkü lələ (“Tülkü, tülkü, tümbəki”, Xanım Həsənova), Vəli (“Novruz sərgüzəştləri”, Əlibala Əsgərov), Yetim Rac (“Yetim Rac”, Öruc Qurbanov), Beyrək (“Casus”, Kamal Abdulla), Keçəl (“Gəl baharım, gəl yazım”, Anar Babalı), Avara pişik, Qarğa, Meşə qulduru (“Tilsimlənmiş qız”, “Qaraca qız və xallı ifritə” və “Yalançı şahzadə”, Tərlan Abdullayev), Fərhad (“Günah”, Rəhman Əlizadə), Şaxta baba (“Tilsimli sandıq”, Laləzar Hüseynova).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii perso­najlar: - Şahzadə oğlan və Div (“Qar kraliçası”, Hans Kristian Andersen), Qoğal, Perro (“Qırmızıpapaq” və “Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Seneka və Öğlan (“Iblisin oyunları”, Mikloş Xubai), Qoca kor (“Korlar”, Moris Meter- link), Ikinci Juan və Keşikçi əsgər “Manqurt”, Çingiz Aytma- tov), Cem (“Manyak”, Əziz Nesin), Esen (“Şənbə axşamı”, Mar Bayciyev), Marat (“Evlən, oğul, evlən!”, Hüseyn və Həmdiyyə

Latipovlar), Ikinci Artur (“Övod”, Etel Voyniç), Selifan (“Ölü canlar”, Milxail Bulqakov. Nikolay Qoqolun eyniadlı əsəri əsasında), Dima (“Kələkbaz”, Lev Korsinski), Senemar, Ilan Sultan (“Senemar” və “Ilan sultan”, Bəhram Beyzayi), Öğlan (“Şahzadə xanım və bacatəmizləyən”, Leonid Juxovitski), Hüseyn (“Kərbəla”, Bəkir Yıldız), Öğlan (“Gücümüz birliyi­mizdədir”, rus nağılı əsasında səhnələşdirən Intiqam Soltan), Sadıq (“Cəmilə”, Çingiz Aytmatov), Qarapapaq, Çalpapaq, Ağpapaq və Gülpapaq (“Dörd əkiz”, Panço Pançev).