Sucəddin Mirzəyev

Əməkdar artist


Sucəddin Qiyas oğlu Mirzəyev 

 

1956-cı il iyunun 9-u Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olub. İlk təhsilini II Yeddioymaq kəndindəki- indiki T.Bayraməlibəyovun adını daşıyan orta məktəbdə alıb.

 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1977-ci ildə təhsilini tamamlayandan sonra

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlayıb.

 

25 iyun 2013-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülüb. 

7 may 2020, 2021,2022-ci illərdə Azərbaycan Respublikasının Prezident Mükafatına layiq görülüb.

Teatr səhnəsində oynadığı rollar:

Timoxin -(“Bahalı oğlan” S.Mixalkov)

Həzi Aslanov -("Həzi Aslanov" H. Abbaszadə)

Doktor Rank -(“Kukla evi” H.İbsen)

Ata -(“Fırıldaqçı” L.Korsunski)

Müştaq bəy -(“İntihar” Nesin)

Namiq -(“Şəhərin yay günləri" Anar)

Balaş - (“Sevil” C. Cabbarlı)

Şah Təhmasib -(“Nadir şah” N.Nərimanov)

Fərhad - (“Bəxtsiz cavan”Ə. Haqverdiyev)

Əli bəy -(“Vaqif”S.Vurğun)

Ovod -(“Ovod” E.L.Voyniç)

Rəhim -( “Vicdanın hökmü” H.Mirələmov)

Kolya -(“Ləyaqət” H. Mirələmov)

Mayor -(“Ucalıq” X. Murad )

Allahqulu -(“Pənah xan Cavanşir”H. Mirələmov)

Bayandur -(“Büllur sarayda” İ.Əfəndiyev)

Şah -(“Zəncirlənmiş toy-büsat” A. Zeynalov)

Azad -(“Bir ovuc torpaq” H.Allahyarov)

Nəsrəddin -("Nəsrəddin" Y. Əzimzadə)

Edip -(“Şah Edip" Sofokl )

Ədəbi işçi -(“Mənim sevimli dəlim” Elçin)

Fərhad müəllim-(“Mamoy kişinin yuxuları” V. Səmədoğlu)

Britannik -(Şeytanın oyunları” M.Xubai)

Herostrat -( “Herostratı unudun” Q.Qorin)

Harpaq -( “Əsrlərin harayı” Ə.Vəlioğlu)

Səfər -(“Vəfalı Səriyyə” C. Cabbarlı)

Hacı Qara -(“Hacı Qara” M.F.Axunzadə)

Mürşüdqulu xan Ustaclı -(“Qanlı namə" İ.Fəhmi)

Odessalı -(“Nikbin faciə” Vişnevski)

Salnaməçi- (“İlan sultan” Beyzai)

Qazan xan -(“Casus” K.Abdulla)

Səlimxanov -(“Prokuror” M.Əliyev)

Adamlardan biri -(“İki iyirmi üç arasında” Q.Nəcəfzadə)

Sucəddin Mirzəyevin rol aldığı Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” və C.Məmmədquluzadənin “Ölülər” tamaşaları Azərbaycan Dövlət Televiziyasının “Qızıl fond”unda saxlanılır.

Rol adlığı filmlər: 

 

“Tənha durna uçuşu” (film, 2003) “Durnalar qayıtdı” (film, 2003) “Teatr” (film, 2004)

“Susmuş vicdan” (film, 2010) “Sevginin göz yaşları” (teleserial, 2013)

“Günəşim ol” (serial, 2016).