Təranə Fərəcova
Dram artisti
24 yanvar 1979-cu ildə Rusiya Federasiyasının Omsk şəhərində anadan olub. 1995 – 1998-ci illərdə Lənkəran şəhər Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa işləyir.
Azərbaycan dramaturqlarının müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Hüsniyyə, Tafta, Gülnisə (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, “Sevil” və “Solğun çiçəklər”, Cəfər Cabbarlı), Səidə (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Sona (“Vəzifə”, Əkrəm Əylisli), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Mandana (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Şəfqət bacısı (“Dəlixanadan dəli qaçıb”, Elçin), Yetər (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Səidə (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Gülşən (“İnsan və şeytan”, Azər Abdullayev), Həcər (“Ana laylası”, İsgəndər Coşqun), Qəmər (“Durna”, Süleyman Rüstəm), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Keçi (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Qızxanım (“Qoç Polad”, Aqbdulla Şaiq), Küpəgirn qarı (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Gültamam (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Tovuz quşu (“Yetim Rac”, Oruc Qurbanov), Dayə (“Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Qar kraliçası və Təmizlik işçisi (“Balaca qara qız”, Tərlan Abdullayev).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Mila (“Sehrli yaylıq” Valeri Qubaryev), Zeynəb (“Əlibaba və qırx quldur”, nağıl əsasında işləyəni Loğman Kərimov) Saqqallı quldur qarı (“Qar kraliçası”, Hans Kristian Andersen), Ağlını itirmiş kor qadın (“Korlar”, Moris Meterlink), Zifa (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Xumar xanım (“Manyak”, Əziz Nesin), Asel (“Şənbə axşamı”, Mar Bayciyev), Mila (“Sehrli yaylıq”, Valeri Qubaryev).