Tərlan Sadıqov
Quruluşçu rəssam
Tərlan Ərəstun oğlu Sadıqov 27 avqust 1975-ci ildə Lənkəran şəhərində anadan olub. 1991-ci ildə 4 saylı Lənkəran şəhər tam orta məktəbini bitirdikdən sonra elə həmin il Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna daxil olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İniversitetinin “Dekorativ tətbiqi sənət” fakültəsində təhsilini davam etdirib. 1998-2000-ci illərdə bu ali təhsil ocağının incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsini bitirib. 2001-ci ildə Lənkəran şəhər rəssamlıq məktəbində müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2001-2003-cü illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. 2007-ci ildən Lənkəran Dövlət Dram Teatrında rəssam, 2020-ci ilin sentyabrından quruluşçu rəssam kimi çalışır. Bir sıra tamaşalara, o cümlədən “Şah Edip” (Sofokl), “Qış nağılı” (X.Hasilova), “Sehirli yaylıq” (V.Qubaryev), “Dəcəl kolunlar” (A.Zeynalov), “Dəlixanadan dəli qaçıb” (Elçin), “Danışan kukla” (A.Şaiq), “Dəmir sinif” (A.Nikolai), “Pul dəlisi” (Ə.Orucoğlu), “Cəsurlar” (Ə.Səmədli), “Üç qardaş” (A.Babayev), “İlan Sultan” (B.Beyzayi), “Əsrlərin harayı” (Ə.Vəlioğlu), “Cəhənnəm sakinləri” (Elçin), “Dəcəl keçi” (P.Nurəliyeva) və s. tamaşalara səhnə quruluşu verib