Vəfa Hacızadə
Dram artisti
əfa Nadir qızı Hacızadə 21 may 1993-cü il də Lənkəran şəhərində anadan olub. 1999-cu ildə 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində oxuyub, Həqiqət Rzayeva adına 2 saylı Üşaq Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb, əlavə olaraq vokal dərsləri keçib. 2011-ci ildə Lənkəran şəhər Peşə Liseyinin şirniyyatçı şöbəsində (2011), Lənkəran Dövlət Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi şöbəsində (2011 - 2015) təhsil alıb. 2020-ci ilin may ayında Lənkəran Dövlət Dram Teatrında yardımçı heyətnə aktyor qəbul edilib. Dağıstan Dövlət Üniversitetində Aktyor ustalığı fakultəsində qiyabi təhsil alır.
Ifa etdiyi rollar: Qız, Bahar (“Haqqın 44 günü” və “Gəl baharım, gəl yazım”, Anar Babalı), Dayə (“Sehrli alma”, Əli Əmirli), Surə (“Prokuror”, Məmmədhüseyn Əliyev), Arı - 4 (“Arı pətəyi”, Şəfahət Şəfi), Qadın (“The Müqəssir”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müəqssir” pyesi əsasında), Vəfa (“Qar dənələri” və “Qapıda öpüş”, Intiqam Hacılı) Kəndli qız (“Cəmilə”, Çingiz Aytmatov), Qar qız, Kralın qızı (“Yalançı şahzadə”, Tərlan Abdullayev), Qar qız və Sarı dovşan (“Qış nağılı”, Həmid Piriyev), Əsmər (“Günah”, Rəhman Əlizadə), Maşa (“Tilsimli sandıq”, Laləzar Hüseynova).
