Zəminə Əliyeva

Musiqi hissə müdürü-bəstəkar


 

 
Əliyeva Zəminə 1970-ci il aprelin 15-də Lənkəranın Şıxəkəran kəndində
 musiqiçi ailəsində, kamança ustadı Taryel Əliyevin ailəsində dünyaya gəlmişdir . İncəsənət sahəsində əsas dəstəkçilərindən biri də elə atası Taryel Əliyev olmuşdur. Bu gün onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri vardır. Uşaqlıq illərində dövrünün tanınmış sənət adamları, görkəmli musiqiçilərin arasında boya-başa çatmışdır.
Şıxəkəran kənd məktəbini, 1978-85 ci illərdə isə C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbini “fortepiano” ixtisası üzrə bitirmşdir. Musiqi məktəbini bitirdikdən sonra elə həmən il Lənkəran musiqi texnikumunun “Musiqi nəzəriyyəsi” ixtisasına daxil olmuşdur.
1989-cu ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Musiqişünaslıq” şöbəsinə daxil olmuş, 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. İş fəaliyyətinə Lənkəran Şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində başlamışdır. Orada 3 il “Musiqi Nəzəriyyəsi” şöbəsində müəllim və şöbə müdüri vəzifəsində çalışmışdır. Az sonra Lənkəran musiqi texnikumuna(hal hazırda Lənkəran Dövlət Universitetin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci) dərs deməyə dəvət almış, eyni zamanda “Musiqi nəzəriyyəsi və Xor dirijorluğu” fənn komissiyasının sədri vəzifəsində çalışmağa başlamışdır. 2009-cu ildə ixtisaslı kadırların hazırlanması sahəsində səmərəli pedeqoji fəaliyyətinə görə Təhsil Naziri Misir Mərdanov və sonralar isə Lənkəran Dövlət Humanitar Kollecin direktoru, eləcə də İcra başçısı tərəfindən fəxri fərmanlarla, eyni zamanda 2024 cü ildə “Qalib lider” mükafatı və ordeni ilə təltif olunmuşdur.
 2001-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, eləcə də Azərbaycan Bəstəkarlar İttifaqının Cənub bölgəsi üzrə Lənkəran təşkilatının məsul katibidir.
 Zəminə Taryelqızı 2008-ci ildə Azərbaycanda keçirilən ilk Qadınlar Qurultayına nümayəndə seçilmişdir. Lənkəran Şəhərinin ən öndə gedən ziyalı və zəhmətkeş xanımlardan ibarət 40 nəfər qurultaya namizəd seçilmişdi. Onların sırasında musiqi sahəsində yeganə xanım təmsilçisi Zəminə Taryelqızı idi.
1997, 98,99-cu illərdə Lənkəran musiqi texnikumunda və Lənkəran Dövlət Universitetində Zəminə xanımın yaradıcılıq gecələri keçirilmişdir. Yaradıcılığını daha da inkişaf etdirmək üçün təbii ki, irəliləmək lazım idi və bunu nəzərə alaraq Zəminə Taryelqızı 2006-cı il yenidən sənədlərini Azərbaycan Milli Konservatoriyasına təqdim edir və bəstəkarlıq şöbəsinə daxil olur. Zəminə xanımın Konservatoriyanın sonuncu ilində yazdığı diplom işi Xalq çalğı alətləri orkestri üçün yazdığı 4-hissəli “Lənkəran lövhələri” adlı süitası, Dövlət imtahan komissiyasının sədri və üzvləri tərəfindən yüksək qiymətlə qiymətləndirilir.
 Orkestri üçün yazdığı bu süitası 30 aprel 2010-cu ildə Üzeyir Hacıbəylinin 125 illik yubiley konsertində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilmişdir.
Bu illər ərzində bir sıra əsərlər yazmış, eyni zamanda da məqalələr və çıxışlarla mətbuat və Dövlət tədbirlərində, yerli televiziya vasitəsilə çıxışlar etmişdir.
Musiqişünas kimi yazdığı məqalələri nəzərinizə çatdırmaq istərdim: “Lənkəranda keçmiş toy mərasimləri” ,“Lənkərandan yazırlar” ,“Ustad simfonist” , “ Zamanın fövqündə duran sənətkar” .
   Bəstəkarlıq fəaliyyətində gördüyü işlər: tanınmış şairlərin sözlərinə yazılmış,Vətən müharibəsində qəhrəmancasına şəhid olan “Elnur Talıbov,Vüsal Quliyev, Şəhriyar Həbibi, Aqil Əkbərovun xatirəsinə” həsr etdiyi mahnılar; Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babam”, ”Sev məni”, “Unut məni unutmağı”; “Ağlama” və s.kimi bir sıra mahnılar, Xalq Çalğı Alətləri Orkestri və solo ifa üçün “Qocalma ata” mahnıları ; Ulu Öndər H.Əliyevə həsr olunmuş “Heydər baba”; “Azərbaycan” xor əsərləri; Fortepiano üçün 13 prelüdya; 10-dan çox Xalq mahnı işləmələri; “Bahar duyğuları” adlı mahnı-romans; Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşasına yazdığı musiqi; Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə həsr etdiyi “Doğma ocağım”; Fortepiano və skripka üçün 3 hissəli sonata , bu əsər 2 dekabr 2011-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda, kamera konsertində və Azərbaycan bəstəkarlar ittifaqının 90 illiyi yubileyində səsləndirilmişdir. “Fortepiano üçün mövzu və 8 variasiya”, eləcə də“13 prelüd” əsərləri 2024 cü ilin mart və may aylarında Azərbaycan Milli Konservatoriyada keçirilmiş konsert tədbirlərində səsləndirilmişdir.
2025 ci il may ayının 31 də Lənkəran Şəhəri H.Əliyev mərkəzinin təşkilatçılığı və Astara Regional mədəniyyət mərkəzinin dəstəyi ilə 55-illik yubiley ərəfəsində yaradıcılıq gecəsi keçirilmişdir.
Hal hazırda Lənkəran Dövlət Dram Teatrında “Musiqi hissə müdürü-bəstəkar” kimi fəaliyyətini davam etdirir.